Dəftər, arxiv şəkli

Bədii tərcümə problemi: Günahkar kimdir?

248
Tərcüməçiyə vaxtında və normal qonorar ödəməyən naşir və yaxud nəşriyyatda bu işə məsul olan redaktor keyfiyyətindən razı qalmadığı mətni tərcüməçiyə yenidən işləməsi üçün göndərə bilərmi?

BAKI, 26 may — Sputnik. Uzun müddətdir ki, tərcüməçi və redaktor kimi fəaliyyət göstərdiyim üçün ötən həftə başlayan tərcümə polemikasına bir az gec də olsa qoşulmağı vacib hesab etdim. 20 bədii, elmi, publisistik kitabın tərcüməçisi, yüzlərlə ciddi əsərin, beynəlxalq bestsellerin redaktoruyam.

Bəri başdan deyim ki, həm tərcüməçi, həm də redaktor kimi qüsurlarımın olduğunu etiraf etməkdə problem görmürəm. İş olan yerdə qüsurun olmasını normal hesab edirəm. Bunu özümü sığortalamaq üçün qeyd etmirəm. Çünki indiyə qədər sifarişçilərlə keyfiyyətlə, qüsurlarla bağlı problemim olmayıb. Qüsurlu hesab etdiyim ilk tərcümələrimi imkan olduqca yenidən gözdən keçirib, qüsurlarımı aradan qaldırmağa çalışıram. Bir neçə kitabı yenidən işləyib, sifarişçi nəşriyyatlara təklif etməyi düşünürəm.

Həm tərcüməçi, həm də redaktor kimi peşəkar fəaliyyətə başlayana qədər, uzun müddət bu işlə həvəskar səviyyədə məşğul olmuşam. Tərcümə və redaktə etdiyim kitablarla bağlı tənqidləri qəbul etmişəm və bu gün də tərcümə və redaktə işini dərindən öyrənməyə və mənimsəməyə çalışıram.

Tərcüməçi şübhəsiz ki, tərcümə etdiyi xarici dili və ana dilini mükəmməl, heç olmasa yaxşı səviyyədə bilməlidir. Bu aksiomdur.

Bədii əsərləri tərcüməçisi isə eyni zamanda ədəbiyyatı da dərindən bilməli, tərcümə etdiyi yazıçının üslubuna, həmin yazıçının yaşadığı ölkənin mədəniyyətinə, tərcümə etdiyi dilin mifoloji, dini-mistik, yumoristik-ironik, mental-psixoloji qatlarına  bələd olmalıdır.

Tərcüməçidə istedad, duyum olmalıdır. Bədii tərcümə spesifik və xüsusi sahədir. Bu gün tərcümə ilə məşğul olan həmkarlarımın böyük əksəriyyəti tərcümə etdiyi dili yaxşı, hətta mükəmməl səviyyədə bilir. Polemikaya qoşulan, tənqid olunan əksər tərcüməçilərin işlərinə yaxından bələdəm. Bir çoxunun redaktoru olduğum üçün onların peşəkar səviyyədə qüsurlarını da bilirəm. 

Qüsurlar barədə həmkarlarımla, nəşriyyat rəhbərləri ilə müzakirələrimiz və polemikalarımız olduğu üçün bu barədə ətraflı yazmağa lüzum görmürəm. Dəqiq əminəm ki, bütün həmkarlarım öz qüsurlarını görə bilir. Şəxsi təcrübəmdən çox yaxşı bilirəm ki, tərcümə edilən mətnin “xaltura” olduğunu tərcüməçinin özündən başqa heç kəs dəqiq anlaya bilməz.

Müəllifi və əsəri sevmədən, hiss etmədən, dolanışıq xatirinə tərcümə etdiyimiz dönəmlər də olur. Bəlkə çoxları bilmir, biz tərcüməçilər gördüyümüz işin qonorarını bəzən aylarla ala bilmirik. Bu məqamda məni yalnız  sadəcə bu işlə dolanışığını təmin edən həmkarlarım anlaya bilər.

Azərbaycanda peşəkar, bacarıqlı, işini sevən və dərindən bilən tərcüməçilər az deyil. Ölkənin ən böyük nəşriyyatlarında çalışmış redaktor olaraq bunu dəqiq bilirəm. Tərcüməçiləri tənqid edənləri də haqsız hesab etmirəm. Oxucunun keyfiyyətli tərcümə oxumaq hüququ var. Amma bütün günahı da tərcüməçinin boynuna atmaq doğru deyil. Düşünürəm ki, peşəkar naşir çap etdiyi kitabın keyfiyyətinə əmin olmadan onu çapa imzalamamalıdır.

Ancaq tərcüməçiyə vaxtında və normal qonorar ödəməyən naşir və yaxud nəşriyyatda bu işə məsul olan redaktor keyfiyyətindən razı qalmadığı mətni tərcüməçiyə yenidən işləməsi üçün göndərə bilərmi?

Könül istərdi ki, bədii tərcümə ilə peşəkarlar, sənətdən və ədəbiyyatdan anlayışı olanlar məşğul olsunlar. Təəssüf ki, kapitalizm və bazar münasibətləri buna imkan vermir. Kitab bazarında bu gün xarici ədəbiyyata maraq çoxdur. Tələbatı ödəmək üçün naşirlər ucuz işləyən, təcrübəsiz, tərcümə etdiyi yazıçının estetikasından və üslubundan xəbərsiz tərcüməçilərlə üz tutur.

 VI Buktreyler Festivalının mükafatlandırma mərasimi, arxiv şəkli
© Пресс-служба Международного центра мугама

Bəzi nəşriyyatlarda isə “qonorar davası” etməyən qeyri-peşəkar və naşı tərcüməçilərə üstünlük verilir. Bu zamanın tələbi, kapitalizmin simasıdır. Yəni, bizim müqəddəs hesab etdiyimiz kitab, naşir üçün sadəcə əmtəədir. Biz bu düzənə etiraz edə bilmiriksə, gecə-gündüz çalışan, gözünün nurunu kitablara xərcləyən tərcüməçiləri qınayarkən, tənqid edərkən ehtiyatlı olmalıyıq. Bazarda satılan keyfiyyətsiz kitaba görə ilk növbədə nəşriyyat, naşir cavabdehdir.

Bu barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm. Azərbaycan kitab bazarında tərcümə və tərcüməçi probleminin olduğunu qəbul edirəm. Bu məsələnin həll etməyin müəyyən yollarını hamı kimi, mən də bilirəm. Ancaq bu barədə yazıb, özümü yormaq istəmirəm. Problemi həll etməli olan adamlar, qurumlar qəflət yuxusundan ayılacağı günə qədər gözləməkdən başqa əlimdən heç nə gəlmir. Enerjimi növbəti tərcümələrim üçün qorumalıyam...

248
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verib? AKİA rəqəmləri açıqladı

0
(Yenilənib 19:42 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

0
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirus can almaqda davam edir: Bir gündə yüzdən çox adam təkcə Rusiyada ölüb

1
(Yenilənib 19:39 24.09.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6595 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 149 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,7 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Teqlər:
operativ qərargah, Rusiya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir