Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Bakıda küləkli hava davam edəcək

13
(Yenilənib 15:23 25.05.2020)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

BAKI, 25 may — Sputnik. Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

13

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

27
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

27
Qrad yatlım atəş qurğusunun mərmisi Tərtərdə

Cəbhəboyu ərazilərdə top mərmiləri aşkar edildi

5
(Yenilənib 10:57 27.10.2020)
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə idarəolunmayan raket (PQ-7), 5 ədəd 9N235 bombacığı zərərsizləşdirilib 1 ədəd top mərmisi zərərsizləşdirilib

BAKI, 27 oktyabr — Sputnik. 2020-ci il 25-26 oktyabr tarixlərində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 49 (qırx doqquz) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 49 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Salmanbəyli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Rzalar, Bəybabalar, Əhmədağalı və Eyvazlı kəndləri, Bərdə rayonunun Təhlə kəndi, Füzuli rayonunun Şükürbəyli, Alxanlı və Arayatlı kəndləri, Goranboy rayonunun Qaraçinar, Meşəli və Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Nizami, Axundov, M.Rəsulzadə, H.Cavid və T.Rəhimov küçələri, Mingəçevir şəhərininin Yeni Yaşayış massivi ərazisinə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 45 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd 240 mm-lik raket (M24F), 5 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 54 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə idarəolunmayan raket (PQ-7), 5 ədəd 9N235 bombacığı zərərsizləşdirilmiş və 1 ədəd top mərmisi zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 23 418 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Здание министерства обороны Азербайджанской Республики

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

20
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda bildirilir.

20