CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram namazı qılınmayacaq! Fitrə bu gün çıxarılmalıdır

© Sputnik / Murad OrujovПраздничный намаз по случаю Гурбан байрам в мечети Тезе-пир
Праздничный намаз по случаю Гурбан байрам в мечети Тезе-пир - Sputnik Azərbaycan
Abunə olmaq
Hacı Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov deib ki, bayram namazının camaatla qılınması vacib olmadığından, fərdi şəkildə qılınmalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. "Bu gün bayram axşamıdır, sabah bayramdır. Hər il bayram namazları qılınır. Amma bu il bayram namazı camaatla qılınmayacaq".

Bu barədə Sputnik Azərbaycan-a Hacı Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov məlumat verib.

O, vurğulayıb ki, bayram namazını başqa – onlayn və digər formada qılmaq mümkün deyil. Bayram namazının camaatla qılınması vacib olmadığından, fərdi şəkildə qılınmalıdır.

© Photo : QMİFikrət zəkatının miqdarı
Bayram namazı qılınmayacaq! Fitrə bu gün çıxarılmalıdır - Sputnik Azərbaycan
Fikrət zəkatının miqdarı

Axund həmçinin bildirib ki, fitrə zəkatı bu gün ayrılmalıdır.

"Fitrə zəkatının çox ayrılması önəmlidir. Zəkatın miqdarının çox olması insanın canının sağlamlığı üçün vacibdir. Bu miqdar adambaşına 10-20 manat və daha yüksək ola bilər" – deyə axund vurğulayıb.

Xəbər lenti
0