Bakı bulvarı, arxiv şəkli

Bakı da Venesiyaya dönür? - VİDEO

227
(Yenilənib 20:53 22.05.2020)
Hazırda balıqların kürütökmə mövsümüdür və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə indi balıq tutmaq qadağandır

BAKI, 22 may — Sputnik. Bu gün Dənizkənarı Milli Parkın sahillərinə cəmləşmiş minlərlə balıq görənləri təəccübləndirib. Sputnik Azərbaycan-ın məlumatına görə,  bulvarın yeni salınmış hissəsinin sahillərinə xeyli balıq toplaşıb. Balıqların sahilə yaxınlaşmasını görən vəkil Aslan İsmayılov hadisəni videoya çəkib. Həmin görüntüləri təqdim edirik.

Hazırda balıqların kürütökmə mövsümüdür və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə indi balıq tutmaq qadağandır.

Qeyd edək ki, martın ortalarında İtaliyada, Venesiya şəhərinin kanallarında çoxdan gözə dəyməyən balıqlar, hətta qu quşları peyda olmuşdu. Bunu alimlər koronavirus pandemiyası səbəbilə insanların evdə oturaraq kanalları daha az çirkləndirməsi ilə əlaqələndirmişdilər. Ümid edək ki, bizim Xəzərimiz də təmizlənəcək və artıq yoxa çıxmaqda olan dəniz flora və faunasının sayı bərpa olacaq. 

227
Qərənfillər, arxiv şəkli

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib

1
(Yenilənib 13:54 26.11.2020)
Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti, aktyor İbrahim Əliyev (Əlizadə) dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 71 yaşında vəfat edib.

Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb.

1
Teqlər:
vəfat, Azərbaycanın əməkdar artisti

İşinizi ehtiyatlı tutun, sabah hava korlanacaq

7
(Yenilənib 13:38 26.11.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 26 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

7
Teqlər:
rayonlar, Abşeron, Bakı, külək, yağış, hava proqnozu