CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN İmza" bu şəxslər üçün pulsuzdur

© Sputnik / Murad OrujovASAN İmza saytının istifadəçisi
ASAN İmza saytının istifadəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Asan İmza" xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni Sim-kartın alınmasına ehtiyac yoxdur

BAKI, 22 may — Sputnik. Artıq bir neçə gündür ki, "Asan İmza" mobil elektron imza xidməti vətəndaşlar üçün 3 il müddətinə ödənişsiz təqdim edilir.

Sputnik Azərbaycan xəbər verir ki, "Asan İmza" xidmətinin operatoru olan "B.EST Solutions" şirkətindən ASAN Radioya verilən məlumata görə, "Asan İmza" vasitəsilə vətəndaşlara sosial sığorta, pensiyalar, sosial müavinətlər, nağdsız ödənişlər, onlayn kreditləşmə, notarius və sair xidmətlərdən yararlanmaq imkanı yaradır.

Xatırladaq ki, vətəndaşlar üçün nəzərdə tutulan bu xidmətin aktivləşdirilmə qiyməti 18 manat təşkil edir.

"Asan İmza" xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "Biznes" və "Dövlət" tiplərinin qiyməti, həmçinin "Asan İmza" istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalacaq.

Qeyd edək ki, "Asan İmza" xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni Sim-kartın alınmasına ehtiyac yoxdur.

Xəbər lenti
0