Bakıda yanacaqdoldurma məntəqəsi

İyirmi qəpiklik fərq minlərlə manat ziyana sala bilər: "Aİ-92", yoxsa "Aİ-95" dilemması

406
(Yenilənib 22:34 21.05.2020)
"Məsələn, "Jiquli"yə və ya İran maşınına "Aİ-95" markalı benzin tökülsə ziyandır. Burada avtomobilin hansı ildə istehsal edilmə məsələsi yoxdur".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Azərbaycanda mayın 1-dən ''Aİ-95'' markalı yanacaq daha 10 qəpik ucuzlaşaraq bir litri 1 manat 10 qəpik olub. "Aİ-95" markalı yanacağın qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü. Hazırda "Aİ-92" markalı benzinin l litrinin qiyməti isə 90 qəpikdir. Artıq ''Aİ-95'' ilə "Aİ-92" markalı benzininin qiyməti arasında 20 qəpik fərq var.

Bəzi sürücülər 20 qəpiklik fərqə görə qənaət etdiklərini düşünürlər. Bəzi sürücülər isə ''Aİ-95'' markalı yanacaqdan istifadə etməkdə tərəddüd edirlər. Bəs, görəsən mütəxəssislər bu barədə nə deyirlər? Sürücülər hansı yanacağa üstünlük verməlidirlər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, hər bir avtomobilin texniki pasportu olur: "Həmin texniki pasportda yazılır ki, hansı yanacaqdan və hansı yağdan istifadə edilməlidir. Əgər texniki pasportda yazılmayan yanacaq və yağdan istifadə edilirsə, zavod buna qarantiya vermir. ''Aİ-95'' yüksək oktanlı benzin hesab edilir. 2014-cü ildən etibarən Avropada heç bir avtomobil aşağı oktanlı benzin ilə istehsal edilmir. 1992-ci ildən etibarən dünyada ekoloji mühitin yaxşılaşdırılması məqsədilə avtomobil mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün bütün nəqliyyat vasitələrini xarakterizə edən ekoloji standartların tətbiqinə start verilib. Avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ "Avro" standartı var. Standartın adında göstərilən nömrə (1, 2, 3, 4, 5 və 6) nə qədər yüksək olarsa, həmin standartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır".

"Digər tərəfdən, son 5 ildə istehsal edilən Amerika və Yaponiya avtomobilləri Azərbaycana gətirilən zaman onların texniki pasportunda qeyd edilir ki, "Aİ-95" markalı benzindən istifadə edilməlidir. Bu, digər keçmiş Sovet ölkələrinə də şamil edilir, yəni son 5 ildə istehsal edilən Amerika və Yaponiya avtomobilləri həmin ölkələrə də idxal edilən zaman "Aİ-95" markalı benzindən istifadə olunmalıdır" – deyə ekspert qeyd edib.

Bəzi sürücülərin yüksək oktanlı benzinin avtomobilə ziyan verə biləcəyini düşünməsinə münasibət bildirən ekspert deyib ki, məsələn, "Jiquli"yə və ya İran maşınına "Aİ-95" markalı benzin tökülsə ziyandır: "Burada avtomobilin hansı ildə istehsal edilmə məsələsi yoxdur. Məsələn, "Jiquli" 1970-ci ildən 2000-ci ilədək istehsal edilib. Avtomobilin istehsal ilindən asılı olmayaraq onun texniki pasportuna baxmaq lazımdır. Həmin texniki pasporta hansı yanacaqdan istifadə edilməsi yazılır. 

Məsələn, 1980-ci ilə qədər istehsal edilən "Qaz 24" avtomobillərinin texniki pasportunda "Aİ-80" markalı benzin yazılıb. Amma 1960-cı illərin axırında istehsal edilən "Qaz 24" avtomobillərinin texniki pasportunda isə "Aİ-76" markalı benzin yazılmışdı. 1980-ci ildən sonra isə "Aİ-92"yə keçdilər".

"İndi ölkəyə gətirilən bahalı avtomobillərə "Aİ-95" əvəzinə "Aİ-92" markalı benzin tökülsə, dərhal indikator yanacaq və avtomobil getməyəcək" – deyə o əlavə edib.

Avtomobil ustası Vüsal Mehdiyev isə Sputnik Azərbaycan-a deyib ki, sürücülər "Aİ-95" markalı benzinə üstünlük verməlidirlər: "Amma qiymət fərqinə görə bir çox sürücü bu növ yanacaqdan istifadə etmək istəmir. İstehsal ili aşağı olanlara "Aİ-92" markalı benzin gedir. Yeni istehsal edilən avtomobillərin hamısında "Aİ-95", "Aİ-98" markalı benzinlərdən istifadə edilir. Sürücülər "Aİ-95" markalı benzindən istifadə edərsə, avtomobilin yanacaqla əlaqədar olan detalların istifadə müddəti də uzanır. "Aİ-92"dən istifadə zamanı isə avtomobilin bəzi detalları sıradan çıxır. Ümumiyyətlə, Almaniya, Yaponiya istehsalı olan avtomobillərdə ancaq zəruri hallarda (yolda qalanda və s.) "Aİ-92"dən istifadə etmək olar".

406
Qaz xəttinə qanunsuz qoşulma

Qaz sayğacları ilə bağlı görünməmiş olay

3
(Yenilənib 17:23 06.06.2020)
Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib

BAKI, 6 iyun — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi (İB) Abşeron və Suraxanı rayonlarında işbazların əməllərini üzə çıxarıb.  İB-dən Sputnik Azərbayacan-a bildirilib ki, Abşeron rayonunda Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 A ünvanında yerləşən “R+R” Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binada qazdan qanunsuz istifadə edən mənzillər aşkarlanıb.

Bina 2 blok, 66 mənzildən ibarətdir. 55 mənzildə yaşayış mövcuddur. Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. Bu vəziyyətdən istifadə edən bəzi sakinlər kimlərinsə vasitəçiliyi ilə müxtəlif yollarla qaz xətlərinə müdaxilə edərək qanunsuz qoşmalar aparıblar. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb. Daha 10-a yaxın mənzildə də belə halların mövcudluğuna dair ciddi əsaslar var. Karantin rejimini əsas gətirərək sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir.

© Photo : Результаты поиска Все результаты AzeriGas Production Union
Qaz xəttinə qanunsuz qoşulma

“Azəriqaz” İstehsalat Birliyi ünvanı qeyd edilən bina sakinlərindən xahiş edir ki, MTK nəzarətçisi (komendant) ilə əlaqə saxlayıb, mənzillərində qanunsuz qoşulma varsa, həmin xəttin ləğvinə şərait yaratsınlar. Əks halda bu cür vəziyyət təkcə həmin ailə üçün deyil, bütün bina sakinləri üçün təsəvvür edilməyəcək dərəcədə qəzalı durum yarada bilər. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində isə qanunsuz şəkildə qaz xətti çəkilərək 4 fərdi yaşayış evinə qaz verilib. Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə vətəndaşlar aldadılıb. Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda həmin evə qaz verilişinə icazə verilə bilər.

 

 

3
Əlaqədar
Xətti təmir edənə mane oldular - indi 100 ailə qazsız oturub
Sosial şəbəkədə "şeytan ovu" - hamını 10 manatın cəriməsinə salan axtarılır
"Azəriqaz" sayğacla bağlı məsələyə aydınlıq gətirdi
Azərbaycanlı bu fırıldağı ilə Ginnessə düşə bilər - VİDEO
“Azəriqaz” abonentlərə müraciət edib
Koronavirus testi, arxiv şəkli

Rekordlar qırmağa sanki söz vermişik: 379 yeni yoluxanımız ölənlər var

90
(Yenilənib 18:10 06.06.2020)
Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib

BAKI, 6 iyun — Sputnik. Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 153 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Посмотреть эту публикацию в Instagram

6 iyun, 2020-ci il tarixinə olan rəsmi məlumat

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4024 nəfər müalicə olunaraq sağalmış, 84 nəfər vəfat etmiş, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılmışdır.

90
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Koronavirusa yoluxanların sayı durmadan artır
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü