Bakının mərkəzində insanlar, arxiv şəkli

Azərbaycanda qadınların sayı hələ çoxdur

9
(Yenilənib 19:06 21.05.2020)
Bu ilin yanvar-mart aylarında doğulanların sayında oğlanlar üstünlük təşkil edib. Belə ki, qeyd olunan dövrdə doğulanların  52,9 faizini oğlan, 47,1 faizi qızlar təşkil edib.

BAKI, 21 may — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 12848 nəfər artıb. Faiz etibarı ilə, ilin əvvəlindən ölkə əhalisinin sayı 0,1 faiz artaraq 2020-ci il aprel ayının 1-i vəziyyətinə 10079956 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, əhalinin ümumi sayının 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləridir. Bildirilib ki, onlardan 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında doğulanların sayında oğlanlar üstünlük təşkil edib. Belə ki, qeyd olunan dövrdə doğulanların  52,9 faizini oğlan, 47,1 faizi qızlar təşkil edib.

9
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri

Dünən gətirilən təcili tibbi yardım avtomobillərinin bir qismi hədiyyə edildi

1
(Yenilənib 16:35 23.09.2020)
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Agentliyin İdarə Heyətinin sədrindən "Mercedes Sprinter 316" markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib.

BAKI, 23 sentyabr — Sputnik. Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub: "Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir".

Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş Naziri Agentliyin İdarə Heyətinin sədrindən "Mercedes Sprinter 316" markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir: "Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik".

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan "Mercedes Sprinter 416" markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, "Mercedes Sprinter 316" markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan "Ford Transit" markalı 10 ədəd sadə və 22 ədəd reanimobil "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyindən, həmçinin 84 ədəd Fiat Doblo markalı təcili tibbi yardım avtomobilləri "Autouniversal" Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınıb.

1

Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

117
(Yenilənib 16:46 23.09.2020)
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.

BAKI, 23 sentyabr — Sputnik. Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: "Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

R.Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: "İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək".

"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır", - Ramin Bayramlı deyib.

O, əlavə edib ki, hazırda seroloji testlər aparılır: "ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır".

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır" - TƏBİB-in sədri bildirib. Onun sözlərinə görə, yoluxmanın aradan qalxması qlobal gözləntidir:

"Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

117