İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident Baş Prokurorluqda ciddi təyinatlar edib Rəsmi məlumat

71
(Yenilənib 17:48 21.05.2020)
Sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin edilib

BAKI, 21 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Elçin Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb.

Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

Məmur portfeli, arxiv şəkli
© AP Photo / Vadim Ghirda

Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

Baş prokuror cənab Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılmışdır.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

71
Azərbaycan bayrağı, arxiv şəkli

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib

5
(Yenilənib 11:03 01.10.2020)
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.

Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.

5
Teqlər:
erməni təxribatı, Senat, Kolumbiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib
TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil
Rəsmi Bakı: Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?
(1:04 / 5.95Mb / просмотров видео: 173)

Qarşı tərəfin artilleriya qurğuları darmadağın edilib VİDEO

79
(Yenilənib 11:09 01.10.2020)
Azərbaycan Silahlı Qüvvələri düşmənin artilleriya qurğularını məhv edib. Bu görüntüləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin videosunda izləyin.

Əsgərlərimiz Ermənistan ordusunun hərbi və döyüş texnikasını darmadağın etməyə davam edir. Qarşı tərəf cəbhə boyunca tutduqları mövqelərdən geri çəkilməyə məcbur edilib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

79