Xəzər dənizində texniki nasazlıq yaranan “Xocean-2” aparatı

Sahil mühafizəçilərimizdən uğurlu əməliyyat Açıq dənizə "qaçan" aparat qaytarıldı

9
(Yenilənib 19:13 21.05.2020)
“Xocean-2” aparatı 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.

BAKI, 21 may — Sputnik. 2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçirən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

© State Border Service of Azerbaijan Republic.
DSX-nin sərhəd gözətçi gəmisi Xəzər dənizində texniki nasazlıq yaranan “Xocean-2” aparatını təhlükəsiz əraziyə çıxarıb

Sputnik Azərbaycan-ın məlumatına görə, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında  köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.

9
Təhsil Nazirliyi

Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb

3
(Yenilənib 23:03 21.09.2020)
Təhsil Nazirliyi: Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

BAKI, 21 sentyabr — Sputnik. Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır!

3
Teqlər:
epidemiya, COVID-19, Koronavirus, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Əlaqədar
Məktəblərdə koronavirusa yoluxma aşkarlanıbmı - Rəsmi açıqlama
Ali məktəblərdə dərslər distant keçiriləcək
Məktəblərdə şagirdləri əziyyətə salmayacaqlar
Məktəblərdə xüsusi məntəqələr yaradacaqlar - COVID-ə görə
Fransada epidemioloji vəziyyət

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

36
(Yenilənib 21:56 21.09.2020)
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik.COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".

Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.

36
Teqlər:
vaksin, peyvənd, Rusiya, İsveç, İngiltərə, Koronavirus, COVID-19
Əlaqədar
ABŞ-dan Rusiyaya daha bir zərbə: vaksin yaradan institutu da qara siyahıya saldılar
Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı