Küləkli havada qız, arxiv şəkli

Temperatur kəskin düşəcək Yazın əvvəlinə qayıdırıq

292
(Yenilənib 17:02 21.05.2020)
Mayın 23-ü gündüzdən 24-ü axşamadək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

BAKI, 21 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-dək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".

292
Spartak FK-nın oyunçusu Ayaz Quliyev, arxiv şəkli

Azərbaycan əsilli futbolçuya cəza: öncə ikinci komanda, sonra isə icarə

0
(Yenilənib 02:24 26.05.2020)
"Spartak" klubunun Azərbaycan əsilli futbolçusu baş məşqçini əvəz edən Vladimir Çipzanoviçin hər göstərişinə bir mız qoyub. Rəhbərlik isə buna göz yuma bilməyib

BAKI, 26 may – Sputnik. Yarımmüdafiəçi Ayaz Quliyev Moskvanın “Spartak” klubunun ikinci komandasına keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Bildirilir ki, Azərbaycan əsilli futbolçunun fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə sözü düz gəlməyib. Sonuncu hazırda iki həftəlik karantində saxlanan baş məşqçi Domeniko Tedeskonun əvəzinə komandaya rəhbərlik edir. Ayaz Quliyevin Çipzanoviçin bütün göstərişlərinə şübhə ilə yanaşaraq intizamı pozduğu deyilir.

Bu səbəbdən komanda rəhbərliyi oyunçunu mövsümün sonunadək “Spartak-2”yə göndərməyi, sonra isə hansısa kluba icarəyə verməyi düşünür.

23 yaşlı Ayaz Quliyevin əvəzinə isə əsas komandada yarımmüdafiəçi Konstantin Şiltsov oynayacaq.

Qeyd edək ki, Quliyev ötən il piyadanı döyməsi ilə yadda qalmışdı. Onu bu hərəkətinə görə 4 ay müddətinə sürücülük vəsiqəsindən məhrum etmişdilər. 

0
Əlaqədar
Holland ulduz yenidən "Qalatasaray"da
Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

45
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

45
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var