İmza, arxiv şəkli

Baş prokurora iki yeni müavin təyin edildi Adlar

23
(Yenilənib 17:02 21.05.2020)
Müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokuror Kamran Əliyevə müavini təyin ediliblər.

BAKI, 21 may — Sputnik. Azərbaycan Baş prokuroru Kamran Əliyevə yeni təyin olunan müavinlərin adları məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavini təyin ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.

23
Elza Seyidcahan, arxiv şəkli

Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

1
"Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim"

 

BAKI, 19 sentyabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu sözləri Space TV kanalında yayımlanan "Hər səhər" proqramında deyib. O bildirib ki, hələ də dələduz cəzasını çəkməyib:

"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

1
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

4
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

4