İmtahan, arxiv şəkli

DİM imtahanlarla bağlı yeni məlumat yaydı

97
Yeni qaydalara uyğun olaraq 1 mart 2020-ci il tarixində imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib

BAKI, 20 may — Sputnik. Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr DİM tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.

Yeni qaydalara uyğun olaraq 1 mart 2020-ci il tarixində imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq. Yeni şkalaya uyğun imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub.

Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (bir mərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər (təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra).

Qeyd edək ki, martın 1-də buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak etmək üçün iyun ayında keçiriləcək imtahanda iştirak etməlidirlər. Müsabiqə yeni qaydalara uyğun keçiriləcək imtahanın (bir mərhələ) nəticələrinə əsasən aparılacaq.

97
Maliyyə hesabatı, arxiv şəkli

Məcburi dövlət sosial sığorta haqqı müvəqqəti azaldılıb

9
(Yenilənib 22:37 03.06.2020)
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-dək məcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək.

Sputnik Azərbaycan-a bununla bağlı Prezident İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, bu ilin 9 ayı üçün sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər isə əvvəlki qaydada - sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

9
Bakıda yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillər adlarına uyğundurmu yaxud bunun nəyi güzəştdir?

129
(Yenilənib 22:02 03.06.2020)
Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib. Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, MİDA-nın məlumatına görə, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında satışa çıxarılan mənzillərin qiymətlərindən, tətbiq edilən güzəştlər və əlavə endirimlərdən danışıb.

Ekspert bildirib ki, MİDA-nın bu istiqamətdə kifayət qədər təcrübəsi var: "Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi istər qiymət, istər prosesin icrası baxımından özünü doğruldub. Digər tərəfdən, bu yaxınlarda güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları da genişləndirilib. Artıq gənc ailə üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər. Eyni zamanda buraya "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər".

Hövsan yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bu kateqoriyaları daha da genişləndirmək mümkündürmü sualına ekspert belə cavab verib: "Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarını daha da genişləndirmək olar, amma bu məsələ hələlik bu gün üçün aktual hesab edilmir. Onsuzda müraciətlərin sayı çoxdur. Məsələn, Yeni Yasamal layihəsində təxminən 1800 mənzil üçün 20 minə yaxın müraciət var idi. Bu mənada hesab edirəm ki, indiki halda kateqoriyaların genişləndirilməsi müraciətlərin sayını bir qədər də artıracaq və əlavə texniki problemlər yarada bilər. Amma layihələrin istiqamətləri genişlənərsə, bu addımı atmaq olar".

Mənzillərin qiymətlərindən danışan ekspert bildirib ki, mənzillərin qiymətini normal hesab etmək olar: "Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Hazırda əvvəlki texniki və digər qüsurlar yoxdur, aradan qaldırılıb. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək. Yəni şəxs mənzilin pulunu tam ödəyirsə, həmin vəsaitdə 10 faiz güzəşt nəzərdə tutulur. Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır".

O qeyd edib ki, gələcəkdə MİDA-nın həyata keçirdiyi layihələrə alternativ başqa layihələr təklif olunarsa, o halda qiymətlərə düzəlişlər qaçılmaz olacaq: "Amma bugünkü şərtlər daxilində tələb yüksəkdir və tələb yüksək olduğu dövrdə MİDA-nın təqdim etdiyi qiymətlər mövcud bazar qiymətlərindən aşağıdır. Məsələn, MİDA tərəfindən Yeni Yasamalda təmirli mənzilin 1 kvadratmetri 950 manata təklif olunurdu. Nağd alışlarda bu rəqəm hətta 860 manatadək gəlib düşürdü. Amma biz faktiki olaraq Yeni Yasamalın mənzil bazarını araşdırdıqda orada təmirli mənzilin bir kvadratmetrinin 1150-1200 manatdan başladığının şahidi oluruq. Burada növbəlilik mütləq şəkildə gözlənilir".

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi - Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Bu, mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 10 faiz minimal ödəniş tələb olunur. Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək. Qeyd edək ki, kredit illik 4 faiz dərəcəsi ilə 3-30 il müddətinə verilir.

129
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0