Cütlük, arxiv şəkli

Toylara icazə verilə bilər Amma şərti ağırdır

426
(Yenilənib 12:25 20.05.2020)
"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər"

BAKI, 20 may — Sputnik. "Açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən səsləndirib. O, deyib ki, açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər: "Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu gündəmdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər. Düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil".

426
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası vaxt olacaq?

0
(Yenilənib 15:38 05.06.2020)
Bugünkü iclasda 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təsdiqlənib.

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.

O bildirib ki, parlamentin növbəti iclası iyunun 12-də keçiriləcək.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. İclasda 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təsdiqlənib.

0
İmtahan, arxiv şəkli

DİM buraxılış imtahanının iştirakçılarına müraciət etdi

3
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

BAKI, 5 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyundan etibarən hər həftə içi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək, 9-cu sinif şagirdləri isə istəkləri olduğu təqdirdə 10-cu sinfə keçiriləcək.

Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

3
İranda epdimioloji vəziyyət

İranda koronavirusa yoluxanların sayı 167 mini keçdi

0
Son 24 saat ərzində koronavirusa 2886 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 167156-ya çatıb.

 

BAKI, 5 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2886 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 2886 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 167156-ya çatıb. Bir gün ərzində 63 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8134-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 167156 şəxsdən 129741 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0