Daxilolma mərasimi, arxiv şəkli

Tələbə çağırışçılara möhlət veriləcəkmi?

17
Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün bəzi çağırışçılara möhlət yalnız bir dəfə verilir

 

BAKI, 19 may — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ali və orta ixtisas məktəblərində təhsilin dayandırılmasına görə sonuncu kurs tələbələrinə hərbi xidmətə çağırışdan möhlət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan xəbərinə görə, Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınan, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunan təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

1. Ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

2. Peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

3. Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

4. Əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

5. Xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

17
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

16
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

16
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla