Məmur portfeli, arxiv şəkli

Baş Prokurorluqda yeni təyinatlar olub

118
(Yenilənib 13:58 18.05.2020)
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

BAKI, 18 may — Sputnik. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi, o cümlədən kadrlar işinin səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir.

Sputnik Azərbaycan xəbər verir ki, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Eyni zamanda prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim edilib. Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

© Sputnik / Irade JELIL
Qəbul zamanı

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə ediblər.

Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılıb.

Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur EyvazovElvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər.

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

118
Əlaqədar
Baş Prokurorluq təkzib edir - Müraciət olmayıb
Prezident həbs edilən generalı vəzifəsindən azad etdi
Beş rayonun prokuroru işdən azad edildi
Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib
Stilist Anar Ağakişiyev, arxiv şəkli

Stilist Anarın dəyişdiyi türkiyəli məşhur özünə bənzəmədi

3
(Yenilənib 00:59 25.09.2020)
Stilist Anar Türkiyənin "diva"sı Bülənt Ərsoyu dəyişdirdi və sosial şəbəkədə kəskin müzakirələrə səbəb oldu.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Stilist Anar Ağakişiyev bu dəfə Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, stilist bu dəyişimi özünün "Facebook" səhifəsində paylaşıb. Anar Ağakişiyevin əl işi insanların geniş müzakirəsinə səbəb olub.

Qeyd edək ki, Anar Ağakişiyev ölkənin ən məşhur müğənni və aktrisalarının imicini dəyişib. O, bundan başqa Before/after layihəsi vasitəsi ilə simasında qüsur olan qadınların da imicini dəyişib. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin "Core time" qrupunda müsabiqə iştirakçıları ilə çalışıb. Stilist bundan əlavə, bir çox düya ulduzlarının imicini dəyişib.

3
Əlaqədar
Günay İbrahimli Bülənt Ərsoyla fotosunu paylaşdı
Bülənt Ərsoydan niyə qorxurlar?
Ay, arxiv şəkli

Sovet İttifaqının Ayla bağlı gizli planları açıqlandı

4
(Yenilənib 23:44 24.09.2020)
Belə bir rəsədxana Günəşin, Yerin, planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaqdı.

BAKI, 24 sentyabr — Sputnik. Sovet İttifaqı 60-cı illərin sonlarında ilk dəfə olaraq Ayda astronomik rəsədxana yaratmaq niyyətində olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlanmış və "Roskosmos" agentliyinin saytında yerləşdirilmiş gizli sənədlərdə deyilir.

"Təklif olunan işlərin texniki-təşkilati istiqaməti 1968-1969-cu illərdə dünyada ilk Ay rəsədxanasının yaradılması üçün real imkanları təmin edəcək", – Mərkəzin Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktoru Yuri Mozjorinin 1967-ci ildə imzaladığı sənəddə bildirilir.

Sənədə görə, belə bir rəsədxana Günəşin, Yerin (meteorologiya və digər məqsədlər üçün), planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaq.

Qeyd edilir ki, Ay astroteleskopik sistem üçün kifayət qədər dayanıqlı təbii platformadır və ondan, demək olar ki, 14 gün ərzində Kainatın istənilən obyektini müşahidə etmək olar. Ay atmosfer təsiri olmadan astrofiziki tədqiqatları aparmağa imkan verir.

Astronomik rəsədxananı E-8 enmə stansiyası əsasında yaratmaq və "Proton-K" raketinin köməyi ilə Aya çatdırmaq nəzərdə tutulub.

4