Bakıda COVİD-19 yazısı olan tablo

Pandemiyadan itirdiyimiz pullar bunların yanında nədir ki...

369
(Yenilənib 13:42 18.05.2020)
Bunadək insanlar bir-birlərinə kömək etməyə elə də maraqlı deyildilər. Lakin ötən iki ay ərzində insanlarımız dəyərlərini, bir sıra milli ənənələrini yenidən xatırladılar, əllərində olanları paylaşmağı özlərinə borc bildilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Ötən ilin sonlarından etibarən Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus bir müddətdən sonra pandemiyaya çevrildi. Əksər ölkələr karantin rejiminə keçdi. İnsanların, o cümlədən iş yerləri və nəqliyyatın da fəaliyyəti məhdudlaşdırıldı, #evdeqal həştəqi altında çağırışlara başlanıldı. Bu çağırışlara məhəl qoymayan şəxslər, iş yerləri ilə bağlı olaraq isə müvafiq addımlar atıldı. Zamanla insanlara əslində əl yumağın bir həyat tərzi olduğu, gigiyenik baxımdan vacibliyi, eyni zamanda da sosial məsafənin qorunmasını önəmi izah edildi.

Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər
© State Border Service of Azerbaijan Republic

Yaranmış bu vəziyyətdə insanların depressiyaya düşməməsi, özlərinə deyil, evlərinə qapanması üçün də bir sıra fəaliyyətlər yaradıldı, tətbiqlər formalaşdırıldı. İnsanlara #evdeqal aksiyası çərçivəsində maraqlı məşğuliyyətlər təqdim olundu ki, onlar isti yuvalarını təhlükəli olan məkana, çölə dəyişməsinlər.

Bir çox sahələrə ziyan vurmasına baxmayaraq, koronavirus iqlim şəraitinə yaxşı təsir göstərdi. Çünki bir çox iş yerlərinin bağlanması, o cümlədən də avtomobillərin hərəkətinin məhdudlaşdırılması hər gün havaya atılan tonlarla zəhərli qaz kütləsinin azalması deməkdir. Statistikaya görə, orta hesabla, bir insan hər gün 2.3 kq həcmində karbon qazının ixracına səbəb olur.

Koronavirus pandemiyasınadək hökumətlərin iqlim dəyişikliyi ilə bağlı çaldıqları həyəcan təbilini bu gün biz eyni səviyyədə koronavirusla mübarizədə də görə bilərik. İqlim dəyişikliyinin qarşısının alınması üçün ölkələr tərəfindən havaya atılan zəhərli tullantıların qarşısının alınması istiqamətində müəyyən tədbirlər görülsə də, ildən-ilə bədbin rəqəmlərin daha da artmasının şahidi olduq. Yalnız koronavirus pandemiyası sayəsində bu rəqəmlərdə müsbətə doğru dəyişiklik oldu. Xüsusən də virusun mənbəyi, eyni zamanda da böyük sənaye müəssisələrinin əsas ölkəsi hesab edilən və ərazisinə görə dünyanın 3-cü, 1,439,323,776 nəfərlik əhalisinə görə isə ən böyük ölkəsi olan Çində çöl həyatınn dayanması hesabına bu rəqəmlərdə kifayət qədər azalmalar oldu.

Analitiklər mövcud vəziyyətin havanın çirklənməsinin qarşısını almağa, rəqəmlərin getdikcə daha da azalmasına səbəb olacağını proqnozlaşdırırlar. Mümkün olan fəaliyyətlərin distant olaraq həyata keçirilməsi, insanların harayasa, məsələn, məktəbə, ticarət mərkəzinə, gündəlik olaraq işə getmək üçün avtomobildən isitfadə etməməsi, uçuşların sayının məhdudlaşdırılması da rəqəmlərin azalmasında müsbət təsirə malik olan amillərdir.

Dünyada sükutun hökm sürməsi, təkcə fevralda qlobal hava uçuşlarının 4.3 faiz azalması, virtual görüşlərin, konfransların təşkil olunması fonunda hələlik havanın təmizlənməsinin şahidi oluruq. Lakin yeni dünya düzəni olmazsa, distant fəaliyyətə, virtual görüşlərə keçid olmazsa, bu xeyrin müvəqqəti olacağını deyə bilərik. Çünki əslində bu gün koronavirus gözəçarpan bəla olduğu halda, atmosferə atılan zəhərin səbəb olduğu iqlim dəyişikliyi gözümüzə görünməyən, lakin gələcəyimizi təhdid edən daha böyük bir bəladır.

Analitiklərin sözlərinə görə, illik olaraq emissiyanın həcmi 317 meqatondur. Bu isə son 10 illə müqayisədə rəqəmlərin kifayət qədər artması deməkdir.

Koronavirus ailədaxili münasibətlərin tənzimlənməsinin, bu münasibətlərə yenidən baxılmasının vacibliyini, ailədə evdar, işləyən qadının yükünün çox ağır olduğunu bir daha qabartdı. Evdə qalan kişilər elə bir tək mətbəxdə qadının nə qədər zəhmət çəkdiyinin fərqinə vardılar. Qab yumaq, gündə bir neçə dəfə xörək bişirmək, evi təmizləmək, səliqə-səhman yaratmaq, uşaqların dərsləri ilə məşğul olmaq, onların, həyat yoldaşının geyimlərini səliqəyə salmaq eyni zamanda işləyən qadının çiynində daşıdığı tək yük olduğu halda, artıq bunun şahidi olan kişilər evdə işləri xanımları ilə paylaşmağa qərar verdilər. Beləcə, insanlar uzun illərdir yadırğadıqları vərdişləri yenidən xatırladılar. Ailə üzvləri bir-birlərinə zaman ayırdı, birgə əyləndi, həyatlarının xoş anlarını paylaşdılar, yardımlaşma kimi ən gözəl ənənəni yenidən davam etdirdilər. Bir sözlə, valideynlər övladlarının yanında olaraq onların necə böyüməsini izləmək üçün də zaman qazandılar.

Millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumu dəyərləndirib: "Pandemiya ilə əlaqədar hələ martda dövlətimiz tərəfindən bu bəlayla mübarizə aparmaq üçün mərhələli və zəruri addımlar atıldı. Görünən budur ki, ölkəmiz bu bəladan az bir itki ilə çıxmaqdadır. Çalışmalıyıq ki, bu vəziyyətdə müəyyən müsbət tərəfləri analiz edə bilək".

"Karantinə qədər insanların böyük əksəriyyətinin harayasa tələsdiyinin, ailələri ilə kifayət qədər zaman keçirtmədiyinin və bir çoxlarının maraqlı məşğuliyyətlərinə - kitab oxumağa belə zaman ayırmamasının şahidi olurduq. Bunadək insanlar bir-birlərinə kömək etməyə elə də maraqlı deyildilər. Lakin ötən iki ay ərzində insanlarımız dəyərlərini, bir sıra milli ənənələrini yenidən xatırladılar, əllərində olanları paylaşmağı özlərinə borc bildilər. Hər kəs ətrafında olan imkansıza əl tutdu.

Bu dövrdə dövlətin hər kəsə diqqət və qayğısını da gördük. Prezident İlham Əliyev tərəfindən atılan bu addımlar vətndaşlarımızın probleminin olmamasına istiqamətlənib. Buna görə də o, çıxışlarında bildirib ki, mən iqtisadiyyatı yox, insanların sağlamlığını daha üstün tuturam", - deyə millət vəkili əlavə edib.

Onun fikrincə, nailiyyətlərimiz də az deyil:

"Təhsil sistemində də yeniliklər oldu. Bunadək kimsə distant təhsili ciddi qəbul etmirdi. Müxtəlif bəhanələrlə distant təhsili yaxına belə buraxmırdılar. Bir neçə universitet isitsna olmaqla digərlərində distant təhsil yox idi. Lakin bu müddət ərzində distant təhsildə də müəyyən irəliləyişlərin şahidi olduq. Artıq universitetlər onlayn dərslər keçirməyə başladı. Təhsil Nazirliyi tərəfindən virtual məktəb layihəsi işə düşdü. Telekanallar vasitəsilə dərslər keçirilir. Şagirdlər planşetə, telefona yalnız əyləncə vasitəsi kimi deyil, eyni zamanda dərs vəsaiti kimi baxdılar. Daha çox bilik əldə etmək üçün insanlar artıq mütaliə etməyə başladılar. Bilirsiniz ki, şagirdlər arasında mütaliəni təşviq etmək üçün "5 kitab danış" adlı bir aksiyaya start verdik, qalibləri kitabla mükafatlandırdıq".

Millət vəkili bu dövrdə ahıl şəxslərə diqqətin daha da artdığını vurğulayıb: "İnsanlar mehriban olmağın, zamanın və sağlamlığın qədrini bilməyin önəmini anladılar".

Bəs maraqlıdır, məişət münasibətlərində nə kimi dəyişikliklər oldu?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, Avropa Şurasında uşaq və ailə məsələləri üzrə milli ekspert Ceyran Rəhmətullayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bütün qrup ailələrlə təmasda oluruq. Həm ailələrə psixoloji dəstək verir, həm də risk qrupu olan ailələrə aksiya çərçivəsində kömək edirik. Bəs pandemiya dövründə bu dönəm bizə nə verdi? Riskli ailələrdə müəyyən narahatlıq yaradan səbəbləri, bəzi ailələrdə iqtisadi baxımdan çətinliklərin yaşandığının şahidi olduq. Bu da psixolji böhran vəziyyəti yaratdı. Bununla yanaşı, qeyd edim ki, ailədaxili münasibətlərdə bir yumşalmanın da şahidi olduq".

"Pandemiya dövründə əksər ölkələrdə məişət zorakılığı faktları artdı. Qeyd edim ki, bu müddətdə ölkəmizdə baş verən və mediada məişət zorakılığı ilə bağlı yayılan 6 zorakılıq halından 3-ü ölümlə nəticələnib. Bu hadisələr, zorakılıq halları #evdeqal aksiyası çərçivəsində insanların birgə yaşayışında baş verməyib. Bu zorakılıq halları tərəflərin artıq qırıb atdıqları köhnə münasibətlərindən qaynaqlanıb", - deyə C.Rəhmətullayev əlavə edib.

O, məişət zorakılığı ilə bağlı daha bir amilə toxunub:

"Bəzən məişət zorakılığı halları yalnız iqtisadi baxımdan zəif olan ailələrdə baş vermir. İqtisadi durumu normal olan ailələrdə də rast gəlinir. Lakin pandemiya dövründə bu ailələrdə bir istilik yarandı, ailə birgə oldu. Çünki bunadək valideynlərin işi ilə əlaqədar olaraq övladları ilə zaman keçirə bilməməsi müəyyən çətinlik yaradırdı, aura daha da ağırlaşırdı. Xüsusən də qadınlar ataların övladları ilə vaxt keçirtmədiyindən gileylənirdilər. Lakin komitə tərəfindən təşkil olunan müxtəlif videoçarxlar, videotəlimlərdən bütün ailənin birgə yararlandığının şahidi olduq".

"Bundan başqa, 65 yaşdan yuxarı şəxslərin evdə qalması da yarana biləcək münaqişələrin, bəlkə də qarşısını aldı, rahat bir ailə mühiti yaratdı, nəvələrin nənə-babalarla kifayət qədər vaxt keçirməsinə səbəb oldu. İnsanlar yardımlaşdılar. Komitə olaraq "Ailədən-ailəyə" aksiyasına start verdik. Yaxın qohumları olan, lakin vaxt baxımından onlarla əlaqə yaratmağa zaman tapmayanların da bu gün yadlarına düşdü ki, onların ehtiyacı olan qohumları, qonşuları var. Bu mənada insanların ən azı telefonla bir-birləri ilə maraqlanmasında da müsbət nəticələr əldə etmiş olduq", - deyə həmsöhbətimiz əlavə edib.

Komitə rəsmisi, bundan başqa, pandemiya dövründə yaranan vəziyyətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sorğu təşkil olunacağını və nəticələrin ictimaiyyətə açıqlanacağını da bildirib.

369
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Koronavirusa meydan oxuyanlar: pandemiyadan qazanclı çıxıb əcnəbilərə yardım edəcəklər
Bədbin, çox bədbin proqnoz – Pandemiya daha iki il davam edəcək
Bir - sıfır havanın xeyrinə: uduzmağı da bacarmaq lazımdır
Səidə Haqverdiyeva: "İnsanlar itirmə qorxusunu anladılar"
Dünyanı bürüyən şübhə pandemiyadan sonra Azərbaycandan da yan keçməyəcək

Paytaxt yenə dizenfeksiya olunacaq

0
Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur

BAKI, 23 oktyabr — Sputnik. Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

0
Teqlər:
Bakı, dezinfeksiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

ANAMA cəbhəyanı ərazilərdə raket top mərmilərini zərərsizləşdirib

11
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 4 913 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Kürdəmir, Qəbələ və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 (bir) müraciət daxil olmuşdur.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 34 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Boyat, Kürdlər, Hacılar, Salmanbəyli kəndləri, Ağdam rayonunun Qaradağlı kəndi, Cəbrayıl rayonunun Şəbə kəndi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Qazaxlar kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Həmənli, Qızılhacılı, Qarasuçu kəndləri, Kürdəmir rayonunun Çöhramlı kəndi, Qəbələ rayonunun Hacalı kəndi, Tərtər rayonunun Cəmilli, Səhləbad, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843B), 1 ədəd 9N235 bombacığı, 2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 300 mm-lik 9M528 raketi və 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 4 913 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

11