Bakı-Sumqayıt yolunda aparılan təmir işləri

"Xırdalan dairəsi"ndə işlərin yekunlaşacağı tarix açıqlandı

23
Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

BAKI, 16 may — Sputnik. Dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar" – "Masazır" dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır. AAYDA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan yenidənqurma işləri çəçivəsində "20 Yanvar" dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib.

© Azerbaijan Highway State Agency
Bakı-Sumqayıt yolunda aparılan təmir işləri

Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa "20 Yanvar" dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək "oval" formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işləri aparılıb. Magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilib. Anoloji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılıb. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb. Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayı 4-ə çatdırılıb. Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunur.

© Azerbaijan Highway State Agency
Bakı-Sumqayıt yolunda aparılan təmir işləri

Bakı Dairəvi-1 avtomobil yolu ilə Sumqayıt yolu və "20 yanvar" dairəsi istiqamətinə geri dönməsi təmin etmək məqsədi ilə sözügedən yolun 1-ci km-də yeni geridönmə hissə yaradılır. Bundan başqa, eyni yolla Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyə dönmə yerinin yaradılması istiqamətində addımlar atılır. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək. Anoloji addımlar Bakı-Sumqayıt yolunda da atılır. Belə ki, avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda "Xırdalan dairəsi" istiqamətində "Masazır dairəsi"nədək yolun, həmçinin "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır. Layihəyə uyğun olaraq hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb, əksdolğu aparılaraq yenidən kipləşdirilib və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilər üzrə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib.

© Azerbaijan Highway State Agency
Bakı-Sumqayıt yolunda aparılan təmir işləri

Anoloji genişləndirmə işləri "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarları inşa edilib. Artıq tunelə gələn yolda, həmçini tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılıb, həmçinin qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa edilir. Bundan başqa yenidənqurma işləri zamanı "Xırdalan dairəsi"nə qalxan və düşən hissələrdə 2 hərəkət zolağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir. Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında işlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə masimal dərəcədə maneə yaradılmadan aparılır. Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

23
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

31
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda yağışlı hava

Sabaha hava proqnozu açıqlandı

14
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 21 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

14
(1:13 / 9.91Mb / просмотров видео: 54)

İşğalçıların döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - VİDEO

28
(Yenilənib 15:04 21.10.2020)
Azərbaycan ordusunun hərbçiləri yenə Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını qənimət olaraq götürüblər.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaları nümayış etdirib. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə