CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ən çox yoluxma bu rayondadır

© Sputnik / Irade JELILBakı karantin günlərində
Bakı karantin günlərində - Sputnik Azərbaycan
Abunə olmaq
Apreldən başlayaraq, tətbiq edilən məhdudiyyətlər nəticəsində yoluxma minimuma enib. Yoluxma sürəti 20-31 martda ən yüksək həddə olub

BAKI, 15 may — Sputnik. "Hazırda koronavirusa yoluxmada ikinci dalğanı yaşayırıq.  Sonrakı tendensiya hər bir vətəndaşın sosial məsuliyyətindən asılı olacaq".

Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusa yoluxmuş daha 100-dən çox adam aşkar edildi, ölən də var

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, apreldən başlayaraq, tətbiq edilən məhdudiyyətlər nəticəsində yoluxma minimuma enib: "Yoluxma sürəti 20-31 martda ən yüksək həddə olub. Hazırda Bakıda yoluxma faizi 47 təşkil edir. Paytaxtda ən çox yoluxma Yasamal rayonundadır (17 %). Yoluxanların sayına görə, sıralamada daha sonra 15,8 faizlə Nəsimi, 14,3 faizlə Binəqədi, 11,8 faizlə Sabunçu, 7,8 faizlə Xətai, 7 faizlə Nərimanov, 5,5 faizlə Nizami, 5,1 faizlə Suraxanı, 5 faizlə Xəzər, 3,9 faizlə Qaradağ, 2,3 faizlə Səbail, 0,7 faizlə Pirallahı qərarlaşıb. Azərbaycanda koronavirusa yoluxanların sayında qadınların sayı üstünlük təşkil edir. Yoluxanlar arasında kişilər 43 faiz, qadınlar 57 faiz təşkil edir".

Bayramlı əlavə edib ki, 80 yaşın üzərində 2 faiz yoluxma halı olub: "Qadınlar arasında yoluxma 57 faizə yüksəlib. 80 yaş üzərində ölənlərin göstərici 11 faiz təşkil edib".

Xəbər lenti
0