Əlil, arxiv şəkli

Hərbi komandirin əmrini yerinə yetirənlərə ədalət naminə güzəşt: yaxında sevinəcəklər

342
(Yenilənib 20:06 15.05.2020)
Çernobıl əlilləri də müharibə veteranları kimi mənzillə təmin oluna bilərlər. Onların övladlarının təhsil haqqının ödənilməsi məsələsini isə pandemiya təxirə salıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Karantin günlərində cəmiyyətin ən həssas təbəqələrindən biri də müəyyən məhdudiyyəti, ciddi sağlamlıq problemi olan insanlardır. 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlillik qazanan vətəndaşlarımız da koronavirus pandemiyası şəraitində həssas təbəqədən biridir. Maraqlıdır, belə olan şəraitdə bu şəxslərə hansı yardımlar göstərilir?

. Ukraynanın Çernobıl zonasında yanğın
© AP Photo / Yaroslav Yemelianenko

"Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O, sədri olduğu ictimai birlik tərəfindən görülən işlərdən danışıb: "Biz bu şəxslərin sosial hüquqları ilə bağlı konkret nizamnamə çərçivəsində müəyyən işlər görür, konkret olaraq hüquqi məsələlərlə məşğul oluruq, lakin yardım təşkilatı olaraq fəaliyyət göstərmirik. Mövcud vəziyyətlə əlaqədar icra hakimiyyəti orqanları qarşısında vəsatətlər qaldırırıq, aidiyyəti üzrə rayon icra hakimiyyəti nümayəndəlikləri ilə işlər görülür, beləcə, ən ağır vəziyyətdə olan ailələrə həm tərəfimizdən, həm də icra hakimiyyətlərinin nümayəndələri tərəfindən müəyyən köməkliklər edilir. Müxtəlif rayonlarda bu proqram həyata keçirilir və yalnız ağır vəziyyətdə olan ailələrə yardımlar edilir. Əlilliyi olan bu şəxslər arasında ağır xəstəlikləri olan, onkoloji problemli xəstələr də var ki, onların dərman preparatlarının alınıb-verilməsi, kömək göstərilməsi ilə də məşğuluq. Lakin yardımların göstərilməsi bizim işimizin prioritet istiqaməti deyil. 4 min 826 Çernobıl əlilimiz arasında imkanlı da var, imkansız da. Təsəvvür edin, biz yardım göstərsək, onlardan kimsə deməyəcək ki, imkanlıyam, şəraitim yaxşıdır, əksinə, deyəcək ki, mənə yardım ver".

M.Həsənov ölkə başçısının 2008-ci ilin 9 fevralında müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqda fərmanı haqda danışıb: "Çernobıl əlilləri müharibə əlilləri olmasa da, dərhal bu məsələyə reaksiya verib ölkə başçısına müraciət etdim ki, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən vətəndaşlar ədalət naminə hərbi komandirin əmrini yerinə yetirənlər olub. Deməli, ədalət naminə bu kimi şəxslər müharibə əlilləri ilə bərabər hüquqlu şəxslər olmalıdır. Məktubda həmçinin prezident təqaüdünün həmin fərman çərçivəsində Çernobıl əlillərinə şamil edilməsi imkanlarına baxılması və bununla bağlı müvafiq qərar qəbul edilməsini xahiş etdim. Oktyabrın 22-də Prezident Administrasiyasının hüquq-qanunvericilik şöbəsindən götürdüyüm məktubda isə qeyd olunurdu ki, fərman hərbi-xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş vətəndaşlara, Çernobıl əlillərinə də şamil edilir. Bununla da 1-ci qrup əlillər 250 manat, 2-ci qrup əlillər 243 manat prezident təqaüdü alırlar. Yəni tək bu gün deyil, 30 il ərzində kifayət qədər işlər görmüşük".

"Bu yaxınlarda böyük bir müraciətim oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də bu müraciətə önəm verilib. Müraciətim dəyərləndirilib. Çernobıl əlillərinin təsbit olunan hüquqları çərçivəsində onların mənzil hüquqları da var. Bu şəxslər növbədənkənar mənzil ala bilərlər. Lakin təəssüf ki, 25-30 ildir ki, mənzil növbəsində dayanan Çernobıl əlili var. Ümumi respublika üzrə bu şəxslərin sayı 600-ə yaxındır. Biz çalışırıq ki, Çernobıl əlilləri də Qarabağ müharibəsi, şəhid ailələri ilə eyni proqrama salınaraq mənzil ala bilsinlər. Bunun üçün bizə prezidentin fərmanı çox önəmlidir. Çünki hazırda cəmiyyətimizin ən böyük problemi budur və bunun üzərində işləyirik", - deyə o əlavə edib.

Bundan başqa, Çernobıl əlilərinin yükünün azaldılması üçün ictimai birlik tərəfindən bu şəxslərin övladlarının təhsil ödənişindən azad olunması ilə bağlı təklif verilib: "İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda da Maliyyə Nazirliyi tərəfindən bu təklif müsbət dəyərləndirilib. Artıq bu cür tələbələrin aylıq xərclərinin nə qədər olması məsələsini müəyyənləşdirilməyə başlamışdılar ki, koronavirus pandemiyası baş qaldırdı. Yaxın günlərdə bu məsələyə önəm veriləcəyini gözləyirik".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat, 2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat) də verilir.

Bununla yanaşı, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir.

Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslərin, habelə bu kateqoriyadan olmuş və vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət verilir.

Bundan əlavə, həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

342
Əlaqədar
Yeni dəbə minmiş turizm istiqaməti sağlamlıq üçün təhlükəlidir
Dünya böyük fəlakətdən döndü: İkinci Çernobıl qəzası...
Çernobıl Əlilləri Cəmiyyətinin sədri: "30 ildir ev növbəsi gözləyirik"
Radiasiyanı enerjiyə çevirən varlıq tapıldı
Azərbaycanlı fotoqrafla zamanın dayandığı şəhərə səyahət - FOTOREPORTAJ
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

18
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

18
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

23
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

23

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib

0
(Yenilənib 20:46 25.10.2020)
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

  • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində

Sputnik Azərbaycan-ın məlumatına görə, müşavirədə Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirləri iştirak edib.

Ali Baş Komandan İlham Əliyev operativ müşavirədə çıxış edib.

0