Bakı Metropoliteninin qatarı, arxiv şəkli

İşdən metro ilə qayıdanlar nəyə ümid etsinlər?

73
(Yenilənib 16:12 12.05.2020)
""28 May"dan sonra bu müddət iki dəfə artıq olur. Çünki "Bakı Metropoliteni"nin yaşıl və qırmızı xətləri "28 May" stansiyasında nəinki kəsişir, hətta birləşir. Bu səbəbdən hazırkı qrafik ən optimal hesab olunandır"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. "Hazırda metropolitendə ən optimal hərəkət qrafikidir. İstirahət günlərində də bu qrafik təyin olunmuşdu. Hərəkətin pik saatlarında "Həzi Aslanov" - "28 May" stansiyalarında 2 dəqiqə olmaqla, digər vaxtlarda isə 2 dəqiqə yarım olmaqla tənzimlənir". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

"Lakin "28 May"dan sonra bu müddət iki dəfə artıq olur. Çünki "Bakı Metropoliteni"nin yaşıl və qırmızı xətləri "28 May" stansiyasında nəinki kəsişir, hətta birləşir. Bu səbəbdən hazırkı qrafik ən optimal hesab olunandır. Çünki sosial məsafənin qorunmasında intervalın rolu böyükdür", - deyə B.Məmmədov əlavə edib.

"Ehtiyac yaranarsa, xəttə əlavə qatarlar buraxılarmı?" sualına cavab olaraq isə metropoliten rəsmisi bunları deyib: "Metropolitenin gücləndirilmiş şəraitdə fəaliyyət göstərməsi o deməkdir ki, hər zaman ehtiyat qatarlar nəzərdə tutulur. Bundan əlavə, işçi qüvvəsi ayrılıb, müvafiq iş cədvəli tərtib olunub".

73
Əlaqədar
Metroya maskasız girdi, həbs edildi
Bakılıların ən çox toplaşdıqları məkanda yeni rejim: başqa cür olmaz! - FOTO
Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb
Metroda sərnişin sayı kəskin azalıb
Uşaqlar, arxiv şəkli

Qızılçıxaranlardan uşaqlara qızıldan qiymətli pay

0
(Yenilənib 19:48 02.06.2020)
Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edil.ən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir

BAKI, 2 iyun — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Kitab sovqatı" aksiyası keçirib. "AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiya çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu və Şadax kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, ən çox bəyənilən və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri aşılayır.

Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.

Qeyd edək ki, "AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip aksiyalar sosialyönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunmasına dair monitorinq

Nazirlik utanc damarına basmağa qərar verdi - FOTO

2
(Yenilənib 19:46 02.06.2020)
Mayın 22-dən iyunun 1-dək 2 385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib

BAKI, 2 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi Azərbaycan Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

  • Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunmasına dair monitorinq
    © AR Ministry of Economy
  • Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunmasına dair monitorinq
    © AR Ministry of Economy
  • Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunmasına dair monitorinq
    © AR Ministry of Economy
1 / 3
© AR Ministry of Economy
Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunmasına dair monitorinq

İyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda "Ballı market"də, "Adana dönər" ictimai iaşə obyektində, Binəqədi rayonunda "Senti" və Vaqif Hüseynova məxsus geyim mağazalarında, "X petrol" yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda "Döneretto" ictimai iaşə obyektində, Xəzər rayonunda "Yeni Bakı" kafesində, Xətai rayonunda "Hakara poliqrafiya" xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda "Köz dönər" və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda "Tana" MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda "Pizza Line" ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda "Dokta" aptekində, Göygöl rayonunda "Helenendorf" otelində və "Oba market"də, Masallı rayonunda "44 Dönər Evi"ndə, "Hector" mağazasında, "Karal" oteldə, Zaqatala rayonunda "Kibel" parfümeriya mağazasında, "Meydan" kafesində, "Ekonom Univermaq"da, Ağdam rayonunda "Zeytun" aptekində, "İstanbul kafe"də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2 385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

2
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Deputatlarımız nöqtəni qoydular: əməl etməsəniz, 100 manatla vidalaşın
Azərbaycanlılar karantində otura-otura Türkiyədə özlərinə mülklər alıblar
Bakı əhli: Biz karantin dönəmi görmüş adamlarıq... - FOTO
Alış-veriş "dəliləri", kim tutar sizi? - FOTO