CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük problemimiz var: Diqqətli olun, hamımız susuz qala bilərik!

© Sputnik / Shahperi AbbasovaQuraqlıq
Quraqlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın 30 kub kilometr su ehtiyatı olub. Bu suyun 20 kub kilometri tranzit axım - kənardan gələn sular hesabınadır. Azərbaycanın yerli su ehtiyatı isə 10 kub kilometrdir. Quraq illərdə bu ehtiyat azalaraq 7-8 kub kilometr olur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. "Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir".

Водопровод, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hərəyə bir su borusu – Ölkədə susuz şəhər qalmayacaq, göstəriş verilib

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

Coğrafiya elmləri doktoru Məhəmməd Abduyev Sputnik Azərbaycan-a ölkədə su ehtiyatlarının azalma səbəblərini açıqlayıb.

O bildirib ki, iqlim dəyişmələri ilə bağlı yağıntıların miqdarı azalıb. Təbii suların mənbəyi isə yağıntılardır: "Əgər atmosfer yağıntıları olmasa, su da olmayacaq. Bir neçə ildir ki, iqlim dəyişmələri ilə əlaqədar yağıntıların və suyun miqdarı azalıb. Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsi Mingəçevir su anbarına yığılır. Mingəçevir su anbarının səviyyəsi 83 metr olanda, həcmi 16 kub kilometr olur. Hazırda su anbarında suyun səviyyəsi 16 metr aşağı, 67 metrə düşüb. Bu isə o deməkdir ki, su yarıdan çox azalıb. Yəni hazırda 7,5-8 kub kilometr su var".

Professor qeyd edib ki, ölkə ərazisində su ehtiyatlarının əsas hissəsini çay suları təşkil edir: “XX əsrin 80-ci illərinə olan hesablamalara görə, Azərbaycanın 30 kub kilometr su ehtiyatı olub. Bu suyun 20 kub kilometri tranzit axım - kənardan gələn sular hesabınadır. Azərbaycanın yerli su ehtiyatı isə 10 kub kilometrdir. Quraq illərdə bu ehtiyat azalaraq 7-8 kub kilometr olur".

Mütəxəssis bildirir ki, ümumi su ehtiyatı isə son illərdə bir qədər də azalaraq 19-20 kub kilometrə düşüb: "Kür çayı Azərbaycanın su arteriyasıdır. Hazırda Kürün suyu 30 faizə qədər azalıb. Yəni Kürün Salyan məntəqəsində çoxillik su sərfi əvvəlki illərlə müqayisədə 30 faiz azalıb. Bu proses Araz çayına, Lənkəran çaylarına, Böyük Qafqazın şimal-şərq yamacından axan çaylara da aiddir. Qlobal iqlim dəyişiklərinin təsiri ilə su ehtiyatları azalmaya doğru gedir. Kənd təsərrüfatına su ehtiyatlarının 80 faizi sərf olunur. Quraqlıq olarsa, kənd təsərrüfatında su çatışmazlığı güclənəcək. Kür-Araz ovalığı Azərbaycanın əsas suvarma əkinçiliyi sahəsidir. Su olmasa burada məhsuldarlıq lap aşağı düşəcək”.

Şirvan su kanalı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda köhnə su kanalı ləğv ediləcək

M.Abduyev bildirib ki, əhalinin su ilə təminatında da problemlər yarana bilər. Abşeronun özünün yerli su mənbələri yoxdur.

Kür-Bakı su kəmərləri, Oğuz-Qəbələ su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı ilə gələn sular Ceyranbatan su anbarına toplanır və Abşeronu su ilə təmin edir. Su ehtiyatı azalırsa, bu mənbələrdən gələn su da azalacaq. Bu zaman istehlakçılar çətinlik çəkəcək.

Bu vəziyyətdən çıxış yolunu suya qənaətdə görən mütəxəssis bildirir ki, əkinçilikdə, suvarmada yeni texnologiyaya əsaslanan-çiləmə üsulu tətbiq edilməlidir.

"Azərbaycanda isə selləmə üsulundan istifadə edilir. Əgər bu üsulla suvarma davam etsə, susuz qala bilərik. Əhali sudan qənaətlə istifadə etməlidir. Su müxtəlif proseslərdən keçərək əhaliyə ötürülür. Çayların dərələrində, təsərrüfatda istifadə olunmayan yerlərdə su anbarları tikilməlidir. Bu ərazilərdə 30-a yaxın su anbarının tikilməsi nəzərdə tutulmuşdu və 15-ə qədəri tikilib. Yaz aylarında qarların əriməsi zamanı əriyən sular bu anbarlara toplanar, sonra da istifadə oluna bilər. Çıxış yolu hələlik budur, başqa yol yoxdur", - deyə M.Abduyev vurğulayıb.

Onun sözlərinə görə, texniki sahələrdə Xəzər dənizinin suyunu şirinləşdirməklə istifadə etmək olar.

Xəbər lenti
0