CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram və istirahət günlərində hərəkət məhdudiyyəti tətbiq oluna bilər - RƏSMİ

© Sputnik / Ilham MustafayevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bu dalğaya əvvəlcədən hazırıq. Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq"

BAKI, 9 may — Sputnik. “Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Təəssüf ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s. yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, - o deyib.

R.Bayramlının sözlərinə görə, Azərbaycanda yoluxmanın pik həddi 6-12 aprelə təsadüf edib.TƏBİB sədri bildirib ki, sərt karantin rejimindən çıxdıqca ikinci dalğanın olacağı qaçılmazdır: “Biz bu dalğaya əvvəlcədən hazırıq. Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.

O, həmçinin qeyd edib ki, bəzi bölgələrdə yoluxma sayında artım müşahidə olunur: “Ola bilsin ki, bayram günlərində və həftə sonları ölkə ərazisində məhdudiyyətlərin təbiq olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdik”.

 

Xəbər lenti
0