CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Mədəniyyət Nazirliyinin iki vəzifəli şəxsi barədə sərəncam verdi

Abunə olmaq
Mayın 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib

BAKI, 9 may — Sputnik. Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Xatırladaq ki, mayın 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Xəbər lenti
0