CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar 190 manatı may ayında necə alacaq? Nazir müavini açıqladı

© Sputnik / Murad OrujovПользователь сайта e-sosial.az
Пользователь сайта e-sosial.az - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, may ayında da saytda olan siyahıya uyğun olaraq ödəniş həyata keçirəcəyik

BAKI, 6 may — Sputnik. "May ayında da birdəfəlik ödəmə həyata keçiriləcək. Bunun üçün bütün ölkə üzrə bankları bu işə cəlb etmişik". Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev məlumat verib.

O bildirib ki, nazirlik tərəfindən digər proqramlar da həyata keçirilir: "Şəffaflığı təmin etmək üçün birdəfəlik ödəmə alan şəxslərin siyahısı nazirliyin saytında yerləşdirilib. May ayında da saytda olan siyahıya uyğun olaraq ödəniş həyata keçirəcəyik. Əgər vətəndaşın məşğulluq imkanı yaranarsa, həmin şəxslərin işsizlik statusu qanunvericiliyə görə ləğv olunmalıdır. Belə olan halda da onlara ödəniş olunmayacaq. Aprel ayından etibarən 18 min ailənin ünvanlı sosial yardım proqramına cəlb olunmasını təmin etmişik. Ödəmə müddəti bitmiş vətəndaşların ödənişinin 2 ay uzadılması ilə bağlı qərar qəbul olunub".

Xəbər lenti
0