CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənovla Məhərrəm Əliyev cəbhəboyu zonada - VİDEO

© AR Ministry of DefenceHərbi hissəyə baxış keçirilib
Hərbi hissəyə baxış keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin yaşayışı və xidməti-döyüş tapşırıqlarının icrasını təmin etmək üçün lazımi şərait yaradılacaq.

BAKI, 6 may — Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin yaşayışı və xidməti-döyüş tapşırıqlarının icrasını təmin etmək üçün lazımi şərait yaradılacaq.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Xəbər lenti
0