Manat, arxiv şəkli

"Müqavilədə dəyişikliyə icazə vermirlər" - Daxili kreditlə ev alarkən tələyə düşməyin

738
(Yenilənib 20:48 04.05.2020)
"Qanunvericiliyə görə, tikinti şirkəti tamamlanmış tikiliyə görə ilkin qeydiyyat çıxarışını almalıdır. Lakin hazırda buna əməl edilmir". Əmlak eksperti riskləri Sputnik Azərbaycan-da şərh edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Bu gün banklarda faiz yüksək olduğu üçün əksər vətəndaşlar evi daxili kreditlə almağa üstünlük verirlər. Belə olan halda isə risklər daha çox olur. Bir evin bir neçə şəxsə satılması, evin nəzərdə tutulduğu vaxtdan daha gec istismara verilməsi, yaxud da payçının üzərinə daha çox yüklərin qoyulması da bu risklər sırasındadır.

Bəs daxili kreditlə ev hansı şərtlərlə verilir?

Öncə bunu araşdırmağa çalışdıq, tikinti şirkətlərinin birinə üz tutduq. İnternetdən götürdüyümüz bir elanın izinə düşərək ilkin olaraq makler zənn etdiyimiz, əslində isə tikintiyə beton verən zavodun müdirinin tanışı ilə görüşdük. Həmin şəxs özünü müdirin qardaşı oğlu kimi təqdim edərək deyir ki, öncə 20 min ödəniş elə, sonra 4 ilə hissə-hissə ödə. Belə olan halda qiymət elə nağd qiymətlə eyni olacaq, - deyə həmsöhbətimiz bildirir. Deyir ki, tikinti üçün beton onların zavodundan götürülüb və bunun müqabilində isə zavodun müdirinə ümumi dəyəri 200 min olan bir neçə ev verilib. Hazırda da zavodun rəhbəri bu evləri satır. Onun sözlərinə görə, bu evi almaq istəsək, müqaviləni tikinti şirkətinin özü ilə bağlayacağıq. Tikinti şirkətindən isə belə bir şəxsi tanımadıqlarını deyirlər.

Zavodun rəhbəri kvadrat metrə görə qiyməti 600 manatdan hesablayırsa, tikinti şirkəti tərəfindən bu qiymət 800 manat və bir qədər yuxarıdır. Ev almaq üçün isə iki sənəd verilir, onlardan biri maliyyə arayışı, digəri isə müqavilədir.

Vətəndaşlar daxili kreditlə ev alarkən nələrə diqqət yetirməlidirlər ki, risklər olmasın?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Adətən hər-hansı bir binanın tikintisi iki ilədək çəkir. Bu səbəbdən də tikinti şirkətləri çalışırlar ki, krediti tikinti dövrünün sonunadək versinlər. Tikinti şirkətləri kreditin ödənilməsi üçün əlavə vaxt verdikdə qiyməti artırır, ya da faiz tətbiq edirlər. İllik olaraq onlar ən azı 7-8 faiz tətbiq edirlər. Yaxud da qiymətdən əlavə ümumilikdə 5-10 faiz əlavə pul istəyirlər".

"Tikinti şirkətləri müqavilələrdə maraqlarını qorumağa çalışırlar. Maraqlarına uyğun vədlər yazır və onların dəyişilməsinə, əlavələrin olunmasına razılıq vermirlər. Deyirlər ki, istəyirsən al, istəmirsən alma, olan budur. Bundan başqa, risklərdən biri budur ki, bina vaxtında inşa olunmur və müəyyən gecikmələr olur. Binanın tikintisi bitsə belə, istismara qəbul olunmasında da müəyyən problemlər ola bilər. Bundan başqa, şirkətin özü tərəfindən tətbiq olunan cərimələr də müəyyən problemlərə səbəb olur", - deyə həmsöhbətimiz əlavə edib.

O, evin bir neçə şəxsə satılma riskinin azaldılması ilə bağlı nələrə diqqət edilməsindən söz açıb: "2018-ci ildə Mənzil Məcəlləsinə müəyyən dəyişiklik oldu. Burada qeyd olunur ki, alıcı-satıcı arasında müqaviləyə əsasən notariat ofisdə alqı-satqı edilməlidir. 

Həmin pul müvəqqəti olaraq notariat ofisin hesabına qoyulur, müqavilə notariat ofisdə təsdiqlənir. Belə olan halda pul notariat ofisin hesabından alan tərəfin hesabına köçürülür. Müqavilənin bir surəti satıcı olan şirkətə verilir. Bu o deməkdir ki, artıq mənzil dövlət tərəfindən qeydiyyata alınıb".

"Digər qanunvericiliyə görə isə tikinti şirkəti tamamlanmış tikiliyə görə ilkin qeydiyyat çıxarışını almalıdır. Lakin hazırda buna əməl edilmir. Tikinti bitir, dövlətin razılığı ilə istismara qəbul olunur, bundan sonra Əmlak Komitəsindən qeydiyyatdan keçməklə çıxarış alınır. Amma onu da qeyd edim ki, bu gün bəzi şirkətlər elə tikintiyə başlayandan natamam tikintiyə çıxarış alınır və alqı-satqılarını həyata keçirirlər. Bu ilkin qeydiyyat çıxarışı bir mənzilə görə bir dəfə verilə bilər. Bu da riskləri aradan qaldırır. Lakin bu gün ölkədə yalnız mənim rəhbərim olduğum şirkət buna əməl edir, nəzarət mexanizmi olmadığından özbaşınalıqdır, bu səbəbdən də digər şirkətlər buna əməl etmir", - deyə E.Azadov əlavə edib.

738
Əlaqədar
Tet-a-tet alınmır: Koronavirus illərdir daşa dirənən problemi bir az da yubadacaq
Güzəştin də həddi var: mənzillərlə bağlı məhdudiyyət kimə sərf edəcək?
Hər şey baş-ayaq çevrilib: Büdcəmizə də yenidən baxmalıyıq, cibimizə də
Yerə düşən qiymətlər: Vaxtilə göylə gedənlər bu gün əlacsız qalıb
Bir təklif var, reallaşması sual altında: nə yıxmağa yiyə dururlar, nə də qurmağa
Miraj restoranı

Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər

2
Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib

BAKI, 14 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

© AR Ministry of Internal Affairs
Yaşar Mövsümov

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.

 

2
Əlaqədar
Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları
Dağ kəndində karantin rejimini pozan kafe aşkarlanıb
İcazəsiz Qusara istirahətə gələn 18 nəfər cərimələnib
Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

14
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

14