CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro mayın 11-dən işə düşür?

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
"Ola bilər metroda texnoloji proseslərə uyğun görülən işlərlə və yaxud metropolitendə infrastrukturun hazırlığı ilə bağlı verilən tapşırıqlara əsasən belə bir qənaətə gəlinib" - Bəxtiyar Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Mayın 4-dən sonra ölkədə yayılan pandemiya ilə əlaqədar olaraq tətbiq edilən karantin rejimi yumşaldılacaq. Bu ərəfədə isə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətini bərpa edib-etməyəcəyi müzakirə predmetinə çevrilib. Artıq bununla bağlı olaraq bəzi xəbər saytlarında mayın 11-dən etibarən "Bakı Metropoliteni" QSC-nin fəaliyyətini bərpa edəcəyi haqda yazılır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Mən metroda sərnişindaşıma fəaliyyətinin başlaması ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edə bilərəm. Bu birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətidir. Sadəcə olaraq bu tip məlumatların haradan qaynaqladığını deyə bilmərəm".

"Ola bilər, metroda texnoloji proseslərə uyğun görülən işlərlə və yaxud metropolitendə infrastrukturun hazırlığı ilə bağlı verilən tapşırıqlara əsasən belə bir qənaətə gəlinib. Lakin bu işlər buna qədər də aparılıb. Metro mürəkkəb infrastruktura malikdir. Burada sərnişindaşıma fəaliyyəti olmayanda da işlər aparılır. Aprelin 1-dən də belə olub. İnfrastrukturun saz, işlək vəziyyətdə olması gündəlik rejimdə təmin olunur", - deyə B.Məmmədov əlavə edib.

B.Məmmədov bildirib ki, texnoloji proseslərə uyğun və texniki-istismar qaydalarının tələblərinə müvafiq işlər hər gün aparılır, tapşırıqlar verilir.

 

Xəbər lenti
0