CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda yüzlərlə maşın cərimələndi

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
211-ci maddə ilə inzibati məsuliyyətə cəlb olunan sürücülər cərimələri vaxtında ödəmələdirlər. Əks halda, nəqliyyat vasitələrinə həbs qoyulacaq və avtomobillər duracağa yerləşdiriləcək.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Sumqayıtda xüsusi karantin rejimi qaydalarını pozan nəqliyyat vasitəsi sürücülərinin sayı açıqlanıb.

Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin rəisi Şamxal Əliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirib ki, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək 1334 nəqliyyat vasitəsi ilə hərəkətdə olan şəxs barəsində inzibati protokol tərtib edilib. Hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsininin tələblərinə əsasən 100 AZN məbləğində cərimələniblər.

Şöbə rəisi inzibati məsuliyyətə cəlb olunan sürücülərə xəbərdarlıq da edib: "211-ci maddə ilə inzibati məsuliyyətə cəlb olunan sürücülər cərimələri vaxtında ödəmələdirlər. Əks halda, nəqliyyat vasitələrinə həbs qoyulacaq və avtomobillər duracağa yerləşdiriləcək".

Ş.Əliyev hərəkət iştrakçılarına zərurət olmadan və müvafiq qaydada icazə olmadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, Sumqayıtın giriş-çıxışlarında postlar qurulub. Bununla yanaşı, şəhərin daxilində yol polisi əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələri mütamadi olaraq yoxlanılır.

Xəbər lenti
0