CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayıb – 27 məsələyə baxılacaq

© Official website of President of Azerbaijan RepublicAltıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

BAKI, 1 may — Sputnik. Milli Məclisin plenar iclası keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

İlk olaraq Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Hesablama Palatasının illik hesabatı dinləniləcək.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Cinayət, İnzibati Xətalar, Əmək, Torpaq, Vergi, Gömrük, Şəhərsalma və Tikinti məcəllələrində, "Nağdsız hesablaşmalar haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Turizm haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "İcra məmurları haqqında" qanunlara dəyişikliklər müzakirə ediləcək.

Xəbər lenti
0