Bakıda avtobusların hərəkət istiqaməti dəyişdirilib - YENİ SXEM

23
30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırıldığından 27 marşrutun hərəkət istiqaməti də dəyişdirilib

BAKI, 30 aprel — Sputnik. Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır. 

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin məlumatına istinadən bildirir ki, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən 27 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq aşağıda göstərilən qaydada təşkil edilib:

2 və 13 nömrəli marşrut

İstiqamət: Beynəlxalq Avtovağzal Kompleksi: Tbilisi pr. – S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

7A nömrəli marşrut

İstiqamət: Beynəlxalq Avtovağzal Kompleksi: 3-cü mikrorayon dairəsi - A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

“Əhmədli” metro stansiyası: Moskva pr. – M.Cəlal küç. - A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

7B nömrəli marşrut

İstiqamət: Koroğlu NMM: M.Həsənov küç. – H.Zərdabi küç. – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küç. daha sonra öz xətti üzrə.

Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi – R.Cəfərov küç. – Moskva pr. (geriyə dönmə manevri) - M.Həsənov küç. daha sonra öz xətti üzrə.

14 nömrəli marşrut

İstiqamət: Son dayanacaq məntəqəsi M.Həsənov küçəsində olmaqla (20 Yanvar metro stansiyası) hərəkət sxemi – M.Həsənov küç. – H.Zərdabi küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə təşkil edilib.

18 nömrəli marşrut

İstiqamət: 

9-cu mikrorayon: 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

37 və 59 nömrəli marşrutlar

İstiqamət: Beynəlxalq Avtovağzal Kompleksi: Tbilisi pr. - S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

65 nömrəli marşrut

İstiqamət: 

Tbilisi pr. - S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

79 nömrəli marşrut

İstiqamət: Mərkəzi bank: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. (Qələbə dairəsi) - Tbilisi pr. daha sonra öz xətti üzrə.

M.Rəsulzadə qəs.: Tbilisi pr. - S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

114A və 114B nömrəli marşrutlar

İstiqamət: Müşfiqabad və Pirəkəşkül qəs.: M.Həsənov küç. – H.Zərdabi küç. – H.Hüseynov küç. – A.M.Şərifzadə küç. – M.Həsənov küç.- 2-ci Alatava küç. – Moskva pr. (Şamaxinka) daha sonra öz xətti üzrə.

119 nömrəli marşrut

İstiqamət: Xırdalan şəh.: 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

199 nömrəli marşrut

İstiqamət: Abşeron Gənlər Şəhərciyi.: 3-cü mikrorayon dairəsi – A.Məhərrəmov küç. – M.Cəlal küç. daha sonra öz xətti üzrə.

29 nömrəli marşrut

İstiqamət: Beynəlxalq Avtovağzal Kompleksi: H.Zərdabi küç. – H.Hüseynov küç. – A.M.Şərifzadə küç. – M.Həsənov küç.- 2-ci Alatava küç. – Moskva pr. (Şamaxinka) daha sonra öz xətti üzrə.

67 nömrəli marşrut

İstiqamət: Biləcəri qəs.: Moskva pr. – A.Məhərrəmov küç. daha sonra öz xətti üzrə.

211 nömrəli marşrut

 İstiqamət: Gənclik m.st: M.Həsənov küç. – H.Zərdabi küç. – Ə.Salamzadə daha sonra öz xətti üzrə.

Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi –Moskva pr. (geriyə dönmə manevri) - M.Həsənov küç. daha sonra öz xətti üzrə.

92 nömrəli marşrut

İstiqamət: M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. -  3-cü mikrorayon dairəsidaha sonra öz xətti üzrə.

193 nömrəli marşrut

İstiqamət: Binə t/m: 2-ci Alatava küç. – M.Həsənov küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə.

102 və 159 nömrəli marşrutlar:

İstiqamət: Sulutəpə dairəsi: M.Həsənov küç. – H.Zərdabi küç. – H.Hüseynov küç. – A.M.Şərifzadə küç. – M.Həsənov küç.- 2-ci Alatava küç. – Moskva pr. (Şamaxinka) daha sonra öz xətti üzrə.

83 nömrəli marşrut

İstiqamət: Təbriz küç.:Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. -  3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

Biləcəri qəs.: 3-cü mikrorayon dairəsi - A.Məhərrəmov küç.

165 nömrəli marşrut

İstiqamət: 3-cü mikrorayon dairəsi  - Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə.

M1 nömrəli ekspress marşrut

İstiqamət: 3-cü mikrorayon dairəsi: A.Mustafayev küç. – C.Səlimov küç. – Ə.Salamzadə küç. – Z.Bünyadov pr. daha sonra öz xətti üzrə.

M4 nömrəli ekspress marşrut

İstiqamət: 20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç.

M5 nömrəli ekspress marşrut

İstiqamət: 3-cü mikrorayon dairəsi: Tbilisi pr. – S.C.Pişəvari küç. - C.Səlimov küç. – Ə.Salamzadə küç. – Z.Bünyadov pr. daha sonra öz xətti üzrə.

M7 nömrəli ekspress marşrut

İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. – Qələbə dairəsi  daha sonra öz xətti üzrə.

23

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7