CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sərhədi bağlı qalacaq – Məhdudiyyətin vaxti uzadıldı

© Sputnik / Murad OrujovЦеремония открытия моста на реке Самур между Азербайджаном и Россией
Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağa yükdaşımaları və çarter reyslərinə tətbiq edilməyəcək. Lakin bütün digər hallarda ölkəyə giriş və çıxış qadağandır

BAKI, 29 aprel — Sputnik. Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

"Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb".

Xəbər lenti
0