CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərpoçt" qayıdır: daha 16 ölkəyə göndərişlərin qəbulu bərpa edilib

© AR Ministry of Transport, Communications and High Technologies"Azərpoçt"un binası, arxiv şəkli
Azərpoçtun binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur

BAKI, 29 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC daha 16 ölkəyə göndərişlərin qəbulunu bərpa edib. Bu barədə "Azərpoçt"dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Работа почты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Poçt şöbələrinin iş vaxtı uzadıldı

Qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.

Hazırda poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar "Azərpoçt" MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.

Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla aprelin 14-dən etibarən "Azərpoçt" 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 34-ə çatdırılıb.

Xəbər lenti
0