CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarici hələlik yaddan çıxarın: İndi daxilə üz tutmaq zamanı gəlib

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidКавказский государственный природный биосферный заповедник
Кавказский государственный природный биосферный заповедник - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni mexanizmlər arasında bir sıra məsələlər öz əksini tapıb və onların pandemiyadan sonrakı dövrdə turizm sektorunda tətbiqi nəzərdə tutulur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Azərbaycanda daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanacaq. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının ölkəmizdə  fəaliyyət göstərən turizm yönlü Assosiasiya və İctimai Birliklərlə keçirdiyi videokonfransda qərar qəbul olunub. Qərara alınıb ki, bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlansın və müvafiq qurumlara və ictimaiyyətə təqdim olunsun. Sputnik Azərbaycan həmin mexanizmlərin nələrdən ibarət olacağını dəqiqləşdirib.

Boş qalan cənnət məkan - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar

Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov bildirib ki, bu mexanizmlər arasında bir sıra məsələlər öz əksini tapıb. Hansı ki, onların pandemiyadan sonrakı dövrdə turizm sektorunda tətbiqi nəzərdə tutulur. M.Ağakərimovun sözlərinə görə, mexanizmlər arasında yer alan əsas məsələ daxili turizmdə qiymət siyasəti, yeni standartların tətbiqidir: “Heç kəsə sirr deyil ki, Azərbaycandan hər il xeyli sayda azbüdcəli turist dincəlmək üçün ucuz turizm xidməti olan ölkələri seçir. Mexanizmlərdən biri odur ki, turizm obyektləri qiymət siyasətinə yenidən baxsınlar, ölkəmizdən xaricə axışan turistlərə sərfəli tur paketlər təqdim etsinlər. Digər məsələ turizmdə pandemiyadan sonrakı dövr üçün standartların əlavə edilməsidir. Bilirik ki, turizm sahəsində müəyyən standartlar var. Amma yayılmış virusa görə, yeni standartların hazırlanması vacibdir. Məsələn, indiyədək hər bir turizm məkanında gələn qonaq gülərüz qarşılanıb oteldə yerləşdirilirdi. Amma indi bu kifayət deyil. Yeni standartlarda qonaqların qarşılanması qaydaları dəyişəcək. Qonaqlar qarşılanarkən onlarla müəyyən məsafə saxlanılacaq, xidmət göstərən personal əlcək və maska ilə işləyəcək. Bundan əlavə, qonaqların yerləşdirildiyi nömrələrə dezinfeksiyaedici məhlullar qoyulacaq. Bununla yanaşı, qonaq nömrəni boşaltdıqdan sonra adi təmizlik qaydaları tətbiq olunmayacaq. Həmin nömrələr dezinfeksiya ediləcək. Bu gigiyenik sanitar qaydalar otellərin, istirahət məkanlarının yeməkxanalarına da aid ediləcək. Qablar istifadədən sonra xüsusi məhlullarla yuyulacaq, ofisiantlar əlcək və maskada xidmət göstərəcək”.

M.Ağakərimov deyir ki, hazırlanan yeni standartlar istirahət üçün müraciət edən turistlərin salamlığı üçündür: “Qonaq arxayın olmalıdır ki, ona getdiyi istirahət məkanında virus yoluxmayacaq. Bu standartlar turizmdə tətbiq edilən standartlara əlavə ediləcək. Yeni konsepsiyada turizmin yeni növlərinin aşkarlanması kimi məsələlər də öz əksini tapıb”.

Xəbər lenti
0