Yol təmir işləri, arxiv şəkli

Bakı yollarından birində hərəkət məhdudlaşdırıldı

11
(Yenilənib 18:14 28.04.2020)
20 Yanvar dairəsindən "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır və sürücülərə alternativ yollar təqdim olunur

BAKI, 28 aprel — Sputnik. Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, alternativ olaraq sürücülər Ziya Bünyadov pr-ti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov pr-ti - 3-cü mkr dairəsi - Tbilisi pr-ti və ya Ziya Bünyadov pr-ti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küç. - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə qurum vətəndaşlardan üzr istəyir.

11
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

19
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

70
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

70
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu