CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzilləri seçmək daha da asanlaşdı - yeni sayt yaradılıb

© Official website of President of Azerbaijan RepublicYaşayış kompleksinin tikinitisi, arxiv şəkli
Yaşayış kompleksinin tikinitisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

 

BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu hovsan.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.

Sputnik Azərbaycan MİDA-nın məlumatına istinadla xəbər verir ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq hazırlanmış portal istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.

Строитель, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İcazə var, resurs yox: onlar iflasın kandarındadırlar

İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Hövsan Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Hövsan Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola biləcək.

Bununla yanaşı, Hövsan Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Səhifənin "Mənzillər" bölməsi isə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, tezliklə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək və "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Xəbər lenti
0