CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Son zəng” də onlayn keçirilə bilər...

© Sputnik / Murad OrujovДень знаний в школе №145
День знаний в школе №145 - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər

BAKI, 27 aprel — Sputnik. "Hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var. Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər.

Xəbər lenti
0