CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orucluqda kökəlmək istəməyənlər üçün TƏBİB-dən təlimat

© AFP 2023 / MOHAMMED ABEDМужчина моет окна мечети, фото из архива
Мужчина моет окна мечети, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək, Ramazan ayını sağlam şəkildə başa vura bilərlər"

BAKI, 27 aprel — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ramazan ayında sağlam qidalanma ilə bağlı ölkə vətəndaşlarına müraciət edib. Sputnik Azərbaycan-a daxil olan müraciətdə Ramazan ayının sağlamlıq olduğu, ancaq lazımi miqdarda maye içilməməsi, az miqdarda qidalanma və ya tam əksi, artıq kalorili qida qəbulunun sağlamlığa ziyan ola biləcəyi qeyd olunub.

Bildirilib ki, qida qəbulunun azalması ilə birlikdə metabolizm zəifləyir və istəmədən çəki artımına gətirib çıxarır: "Oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək, Ramazan ayını sağlam şəkildə başa vura bilərlər".

Xəbər lenti
0