Azərbaycanda Ramazan ayı başlayıb

24
(Yenilənib 03:11 25.04.2020)
Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir

BAKI, 24 aprel – Sputnik. Azərbaycanda Ramazan ayı başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Qeyd edək ki, bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bayram namazı ilə bağlı əlavə məlumat veriləcək.

24
Dərsliklər, arxiv şəkli

Azərbaycandan Gürcüstana dərslik göndərildi

0
(Yenilənib 17:15 22.09.2020)
Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib

BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Qeyd olunur ki, son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94762 ədəd dərslik və metodik vəsait göndərilib.

0
Teqlər:
məktəb, Gürcüstan, Azərbaycan, dərslik
Əlaqədar
Dərsliklərlə bağlı daha bir problem - əvvəl mətnləri ürküdürdü, indi...
Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab
Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO
Qəza, arxiv şəkli

Azərbaycanlı repçi qəza törədib - VİDEO

3
(Yenilənib 17:28 22.09.2020)
O, hadisə yerində alkoqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb

BAKI, 22 sentyabr — Sputnik. Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Moskvanın Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib.

İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən "Infiniti" "Mercedes" markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra "Infiniti"nin sürücüsü və qəzanın səbəbkarı məlum olub. O, 26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. Elmin dərhal günahını etiraf edib.

"Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı", – deyə Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkoqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

"Mən saatda 60 kilometrdən çox sürətlə getmirdim", - o, polis əməkdaşlarına deyib. Amma "İnfiniti"nin qəza anında sürətini texniki ekspertiza müəyyən edəcək. Nəticələr isə 2-3 həftəyə bəlli olacaq.

Avtomobil idmanı üzrə beynəlxalq dərəcəli idman ustası Tatyana Yeliseyeva isə "Komsomolskaya Pravda"ya deyib ki, "Infiniti"nin aldığı zədələr onun divara saatda azı 60 kilometr sürətlə dəydiyini göstərir. Üstəlik bundan əvvəl sürətin 30 kilometr saatını "Mercedes" "udub". Yəni "Infiniti" saatda azı 90 kilometr sürətlə hərəkət edib. Həmin ərazidə isə sürət həddi saatda 40 kilometrdir.

"Qəzanın günahkarı bu cür yüksək sürətlə təcili tormozlaya bilməzdi. O, cəhd edib, amma uğursuz olub. "Mercedes"in sürücüsünə gəldiksə isə o, ümumiyyətlə qırmızı işıqda keçən "Infiniti"ni vaxtında görə bilməzdi", - ekspert deyib.

Quliyev Elmin Camal oğlu 1993-cü ildə Bakıda anadan olub. Beş il bundan qabaq Moskvaya köçüb və orada gecə klublarında çıxış etməyə başlayıb. Quliyev əvvəllər DJ işləyib, eyni vaxtda mahnılar yazıb. Son illər isə reper kimi məşhurlaşıb.

3
Teqlər:
"İnfiniti", Mercedes, Moskva, reper, azərbaycanlı
Əlaqədar
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Müğənni içkili halda yaşlı kişini döyüb
Azərbaycanlı müğənni Vilayət Eyvazova müraciət etdi: Məni döyüblər
Müğənninin zinət əşyalarını oğurlayan qadın onun ərindən hamilə qaldı