Polis əməkdaşları, arxiv şəkli

Bakıda xüsusi əməliyyat: beynəlxalq cinayətkarlar ələ keçdilər

34
(Yenilənib 11:34 24.04.2020)
Baş İdarədə Marian Stoyçev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb

BAKI, 24 aprel — Sputnik. Ölkənin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoyçev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən, bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər.

Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoyçev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoyçev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

34
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Kibercinayətkarlar koronovirus bəlasından istifadə edirlər
İnternetdə fırıldaqçılığın yeni növü
Ekspert Kibertəhlükəsizlik üzrə Milli Strategiya barədə: ondan heç kimin xəbəri yoxdur
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

15
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

15