CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamımızın qələbəsi: SputnikPro-nun növbəti veb-seminarında Qələbə Günü müzakirə ediləcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidMoskvada hərbi parad, arxiv şəkli
Moskvada hərbi parad, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cari il, hər şeydən əlavə, faşizm üzərində böyük qələbənin 75 illiyi ilə yadda qalacaq. SputnikPro təhsil proqramı çərçivəsində növbəti vebinar məhz bu hadisəyə həsr olunacaq

BAKI, 22 aprel — Sputnik. Rusiya, Qazaxıstan, Latviya və Belarusdan olan spikerlər onlayn sessiyada Böyük Qələbə Günü ilə bağlı xüsusi maraqlı layihələrin necə hazırlanmalı olduğunu, həmçinin Böyük Vətən Müharibəsi ilə bağlı feykləri müzakirə edəcəklər.

Cari il, hər şeydən əlavə, faşizm üzərində böyük qələbənin 75 illiyi ilə yadda qalacaq. SputnikPro təhsil proqramı çərçivəsində növbəti vebinar məhz bu hadisəyə həsr olunacaq.

Плакат противодействия распространению фейковых новостей в Куала-Лумпуре, Малайзия - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı

Onlayn-sessiyada Rusiya, Qazaxıstan, Latviya və Belarusdan olan spikerlər Qələbə Günü ilə bağlı xüsusi layihələri və bir sıra materialları necə maraqlı və bayağı olmayan şəkildə hazırlamaq barədə həmkarlarına danışacaqlar. Eləcə də son vaxtlar xarici ölkələrdə baş verən müxtəlif məsələlər və Böyük Vətən Müharibəsi ilə bağlı feyklər müzakirə olunacaq.

"Qələbə Günü ilə bağlı xüsusi layihələri və ya bir sıra materialları hər zamankı kimi olmaması üçün necə maraqlı etməli" mövzusunda vebinar aprelin 24-ü saat 14.00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0