CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Moyka" işçisi müştərinin avtomobili oğurlayıb qəza törətdi

© pixabay / TheDigitalWayАвтомобильный вор, фото из архива
Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

BAKI, 22 aprel — Sputnik. Avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov qaçırdığı avtomobillə qəza törədib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus "Kia" markalı avtomobili qaçırıb.

Daha sonra o paytaxt sakini E.Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0