Sənədin imzalanması, arxiv şəkli

Əmək müqavilələrinin sayında fantastik artım

31
(Yenilənib 18:49 21.04.2020)
Nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi" e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

BAKI, 21 aprel — Sputnik. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb. Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, Nazirliyin "Əmək müqaviləsi bildirişi" e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb.

Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.

Bu məqsədlə Nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi" e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.

31
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

1
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

1
Bakıda avtobus, arxiv şəkli

Sabah ictimai nəqliyyat işləməyəcək

2
Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətini bərpa edəcək. Bu dövr ərzində taksi xidməti əlçatan olacaq

 

BAKI, 14 avqust — Sputnik. Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır. Sputnik Azərbaycan xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobuslar işləməyəcək.

Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətini bərpa edəcək. Bu dövr ərzində taksi xidməti əlçatan olacaq.

2
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bakı küçələrində rekord - paytaxtın yarısı təkər üstündədir
Bakıya ağıllı taksi gətirildi - FOTO
Bakı Nəqliyyat Agentliyindən əhaliyə çağırış üçün daha bir yenilik
Paytaxtda keçid mədəniyyətində ciddi problemlər var - Günahın bir hissəsi piyadalardadır