CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sistem deyir ki, "işləyirsən", amma sənin özünün işlədiyindən xəbərin yoxdur

© Sputnik / Murad OrujovПользователь сайта e-sosial.az
Пользователь сайта e-sosial.az - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün bu sistemdə on minlərlə insan var ki, əmək müqavilələri aktivdir. Amma onların işlədiyi müəssisə fəaliyyətini dayandırıb, işçilər isə öz hesablarına uzunmüddətli məzuniyyətə göndəriliblər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı aprelin 9-dan etibarən ölkə ərazisində işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödənişin köçürülməsi təmin edilir. Bu yardımı almaq üçün qeydiyyatdan keçən şəxslərə gələn sms-lərdə birdəfəlik ödəmənin köçürülməsi barədə məlumatla yanaşı, köçürülməməsinin də səbəbi qeyd edilir. Son günlər ən çox narahatlığa səbəb olan məsələlərdən biri də məhz birfdəfəlik ödəmənin köçürülməməsi barədə gələn məlumatlarla bağlıdır. Belə ki, 190 manat üçün müraciət edən bəzi şəxslərə onların aktiv əmək müqavilələrinin olması əsas göstərilir. Halbuki vətəndaşların çoxu bundan xəbərsizdir. Sosial şəbəkələrdə də bununla bağlı çoxsaylı məlumatlar paylaşılır. Vətəndaşların çoxu aktiv göstərilən əmək müqavilələrinə bir neçə ildir ki, xitam verildiyini, illərdir ki, işsiz olduqlarını söyləyirlər. Sputnik Azərbaycan bu halların baş vermə səbəbini, vətəndaşları işsiz kimi birdəfəlik ödəmə almaq hüququndan məhrum edən bu səbəbi araşdırıb.

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Yardım almaq istəyən işsizlərə müraciət: mərkəzə gəlməyin

Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Əmək Müfəttişliyindən verilən cavabda da bildirilir ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur: "Müraciətlərdə Nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur və bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir. Bununla bağlı bildiririk ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.  Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər. Həmçinin qeyd edək ki, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər. Bu halda hər bir fərdi məlumat araşdırılır".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazir yardım məsələsində son nöqtəni qoydu

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür faktlar on minlərlədir:"Mən bu problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Problem ondadır ki, hazırda nazirlik işsiz kimi qeydiyyata düşən şəxsləri elektron sistem üzərindən yoxlayır. Bu zaman faktiki işsiz olan şəxslərin də adı elektron sistemdə əmək müqaviləsi aktiv şəxs kimi çıxa bilər. Bunun səbəbi odur ki, hər hansı müəssisə işçilərini öz hesabına uzunmüddətli məzuniyyətə göndərəndə onların əmək müqavilələrini ləğv etməyib. Faktiki o işçilər əmək haqqı almasalar da adları elektron sistemdə aktiv əmək müqaviləsi olan şəxs kimi görünür. Bu həm də işsizliklə bağlı statistikanın böyüməməsi üçün atılan addımdır. Ona görə də, nazirlik işsiz şəxslərə birdəfəlik ödəməni vermək üçün şəxslərin işsiz olub-olmadığını bu sistem üzərindən yoxlamamalıdır. Vergilər Nazirliyində hər bir işəgötürənin işçiyə əmək haqqına görə ödədiyi vergi, eləcə də Dövlə Sosial Müdafiə Fondunda sosial sığorta haqqı barədə məlumat var. Nazirliyin də bu məlumat bazasından istifadə etməklə faktiki olaraq kimlərin məşğul olduğu, nə qədər əmək haqqı aldığı barədə məlumat almaq imkanı var. Belə olan halda nazirlik elektron sistem üzərindən işsiz şəxslərin siyahısını dəqiqləşdirməsi düzgün deyil. Bu gün bu sistemdə on minlərlə insan var ki, əmək müqavilələri aktivdir. Amma onların işlədiyi müəssisə fəaliyyətini dayandırıb, işçilər isə öz hesablarına uzunmüddətli məzuniyyətə göndəriliblər. Onları bu gün məşğul əhali kimi göstərmək olmaz".

Kredit razılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kreditlərə bağlı güzəştlər ola bilər – Dövlət yenə yardım əlini uzadacaq

Bundan əlavə S. Məmmədov deyir ki, bəzi hüquqi və fiziki şəxslər də var ki, müəssisə fəaliyyətini dayandırsa da işçilərlə əmək müqaviləsinə xitam verməyib: "Elə əcnəbi vətəndaşlar var ki, gəlib Azərbaycanda iş qurublar. Sonra müxtəlif səbəbdən işi bağlayıb Azərbaycandan gediblər. Onların öz işçiləri ilə bağladıqları əmək müqaviləsi elektron sistemdə aktiv qalıb. Yaxud hansısa fiziki şəxs restoran açaraq bir neçə işçini rəsmi işə götürüb, elektron sistemdə qeydiyyatdan keçirib. Bir müddət işlədikdən sonra o restoranı bağlayıb. İndi elektron sistemdə həmin şəxslərin adına aktiv əmək müqaviləsi var. Faktiki olaraq onların heç biri işləmir, maaş almır, əmək haqqlarından vergi, sığorta haqqı ödənilmir. Ona görə də mən yazıb nazirliyə bildirmişəm ki, elektron sistemdə qeydiyyatla bağlı müəyyən boşluqlar var. Yaxşı olar ki, nazirlik işsiz kimi müraciət edən şəxslərin adını elektron sistem üzərindən deyil, Verilər Nazirliyinin, DSMF-nin məlumat bazasından yoxlasın. Bu qurumların bazasında kimin nə qədər əmək aldığı, faktiki işlədiyi barədə dolğun məlumat var".

Xəbər lenti
0