CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boş qalmış Qəbələnin sürpriz gecə qonağı – VİDEO

© AFP 2023 / LOIC VENANCEМедвежонок, фото из архива
Медвежонок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ac ayı balası yem tapmaq üçün Qəbələnin otel və istirahət mərkəzləri yerləşən, ən çox turizm obyektlərinin olduğu ərazisini enib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Bir müddətdir səssizliyə qərq olmuş Qəbələ gecələri artıq dəfələrlə təkrarlanan görüntüyə şahidlik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, aprelin 17-də gecə saat 23.35 radələrində rayonun Həzi Aslanov  küçəsində ayı potası görülüb.

Şahidlərinin sözlərinə görə, ayı balası şəhər mərkəzindən 5 km aralıda yerləşən, kənd başı adlanan Dəmiraparan çayının sahillərində görünüb. Bu ərazidə iki böyük otel və istirahət mərkəzləri var, rayonun ən çox turizm obyektlərinin olduğu ərazi sayılır.

İstirahət mərkəzlərinin zibil qabları olduğundan, ayılar bəzən gecələr yem tapmaq məqsədi ilə dağdan enirlər. Güman olunur ki, ayı balası ac olduğundan həmin şəhərə enib.

Onu da qeyd edək ki, çayın sol sahilindən 350-400 m aralıda dağlıq ərazi yerləşir. Bu mənzərə qısa müddətdə dəfələrlə təkrar olunur.

Xəbər lenti
0