CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada qalan vətəndaşlarımızın ölkəmizə gətirilməsi qaydaları açıqlandı

© AFP 2023 / JOE KLAMARГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Beş yüz əlliyə yaxın Azərbaycan vətəndaşı ölkəmizin Rusiyadakı səfirliyinin "Qaynar xətti"nə müraciət edib

BAKI, 16 aprel — Sputnik. ""Evə gedirəm" portalı qarşıdakı günlərdə aktivləşəcək. Rusiyada olan vətəndaşlar növbəlilik əsasında  bu portala müraciət etmələri vasitəsilə ölkəmizə gətiriləcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyevin sözlərinə görə, 550-yə yaxın Azərbaycan vətəndaşı ölkəmizin Rusiyadakı səfirliyinin "Qaynar xətti"nə müraciət edib. O bildirib ki, üstünlük əsasən artıq müraciət etmiş şəxslərə veriləcək.  Ondan sonra sistemdə qeydiyyatdan keçən digər vətəndaşların ölkəyə qaytarılması həyata keçiriləcək. 

Onun sözlərinə görə, vətəndaşlarımız həmin portalda qeydiyyatdan keçməlidirlər: “Sistem avtomatik şəkildə növbəliliyi təmin edəcək. Portal fəaliyyətə başlayandan növbəti 5 gün ərzində aktivləşəcək, ondan sonra növbəti 5 gün fəaliyyət dayandırılacaq ki, müraciət edənlər aşkarlansınlar. Sonra yenidən fəaliyyətə başlayacaq. Ümumilikdə növbəti həftələrdə 200-400 arasında Azərbaycan vətəndaşının mərhələli şəkildə ölkəyə gətirilməsi nəzərdə tutulur. Qarşıdan gələn dövr ərzində digər ölkələrdəki Azərbaycan vətəndaşlarının xüsusi çarter reysləri ilə vətənə gətirilməsi həyata keçiriləcək. Üstünlük Azərbaycan Hava Yolları və “Buta” Hava Yolları ilə əllərində biletləri olan və uçuşları həyata keçirə bilməyən vətəndaşlara veriləcək”.

Xəbər lenti
0