CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçuşlar bərpa olunacaq

© Photo : Pexels / Michael VershininСамолет в небе, фото из архива
Самолет в небе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yəqin ki, aprelin 20-dən sonra Rusiya və Türkiyədən sərnişinləri qəbul edə biləcəyik. Amma həftə ərzində 300-400 sayı aşmamaq şərtilə”

BAKI, 15 aprel — Sputnik. "Planlaşdıılır ki, aprelin 20-dən sonra həftədə bütün dünyadan 300-400 nəfər qəbul edək”.

Пустая улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin davam edəcək! Amma sonlandırılması barədə də plan hazırlanır

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabintinin mətbuat katibi İbrahim Məmmədov bildirib: "Sərhədlərin açılması hamımızı narahat edən məsələdir. Hazırda bunun üzərində iş aprılır. Operativ Qərargah bunun üzərində hər gün düşünür. Gediş-gəlişin dayandırılması yoluxmanın nəzarətdən çıxamaması üçün idi.  Ona görə də gediş-gəliş kəsilmişdi. Amma indi planlaşdıılır ki, aprelin 20-dən sonra həftədə bütün dünyadan 300-400 nəfər qəbul edək. Sərnişinlərin daha çox Rusiya və Türkiyədən gəlişi gözlənilir.  Onlar üçün xüsusi portal hazrlanır. “Evə gedirəm” portalı aprelin 17-dən etibarən qeydiyyata düşməyə başlayacaq. Yəqin ki, aprelin 20-dən sonra Rusiya və Türkiyədən sərnişinləri qəbul edə biləcəyik. Amma həftə ərzində 300-400 sayı aşmamaq şərtilə”.

TƏBİB-in sədri Ramil Bayramlı isə bildirib ki, xaricdən gələn vətəndaşlar 14-21 günlük karantində saxlanılacaqlar.

Xəbər lenti
0