Yaşayış kompleksi, arxiv şıkli

Yerə düşən qiymətlər: Vaxtilə göylə gedənlər bu gün əlacsız qalıb

810
(Yenilənib 21:44 15.04.2020)
Kirayə bazarında qiymətlərin artımı mümkün deyil. Çünki hazırda bazarda tələb təklifi ciddi şəkildə üstələyir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Martın 14-dən ölkədə koronavirusa qarşı xüsusi karantin rejiminin tətbiq edilməsi əmlak bazarına, xüsusilə kirayə bazarına öz təsirini göstərib. Mütəxəssislər bildirirlər ki, virusla əlaqədar olaraq evlərin çoxu boşaldığına görə, hazırda şəhərdə kirayə qiymətləri aşağı düşüb.

Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iş yerlərinin fəaliyyətinin dayandırılması ilə rayon qeydiyyatında olan vətəndaşların əksəriyyəti öz rayonlarına qayıdıb və kirayə evlər boş qalıb.

"Demək olar ki, kirayə bazarı çöküb. Elə ev sahibləri var ki, vəziyyəti başa düşüb qiymətləri endirib, bəziləri isə endirim etmir, kirayənişindən evdən çıxmağı tələb edir. Hazırda buna görə çox boş ev var" – deyə E.Fərzəliyev qeyd edib.

Ekspert onu da vurğulayıb ki, küçəyə çıxmaq icazəli olduğu və şəhərdə daha çox sıxlıq müşahidə edildiyi üçün bəzi vətəndaşlar bağ evlərinə köçüb. Elə bu səbəbdən də bəzi ev sahibləri vəziyyətdən istifadə edib bağ evlərinin kirayə qiymətini artırır.

“MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov da bir müddət əvvəl da qeyd etmişdi ki, bağ evlərinin kirayəsində dinamika müşahidə edilir.

Onun sözlərinə görə, kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra enib, kənarda, xüsusilə də bağ evlərində nisbətən canlanıb: "Çünki mərkəzdə əhali sıxlığı var. Kənarlaşdıqca sıxlıq aşağı düşür və xəstəlik üzrə risk göstəriciləri də azalır. Mərkəzdən kənar ərazilərə axın daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna istiqamətindədir. Çünki bu ərazilərdə infrastruktur, nəqliyyat imkanları daha yaxşıdır".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, daşınmaz əmlak adətən böyük şəhərlərdə 15-17 faiz arasında kirayə verilir. Bakı şəhərində bu göstərici maksimal həddədir: "Bu məsələ urbanizasiya ilə əlaqəlidir. Hər zaman kənd-rayon əhalisinin böyük şəhərlərə, xüsusilə Bakıya axını müşahidə edilib. Bu şəxslərin çoxu qeyri-rəsmi gəlirlər əldə etdiyi üçün indi böhran onların fəaliyyətinə təsir göstərib. Yəni bunların sayı həddindən artıq çoxdur. Düşünürəm ki, bu kimi şəxslər hazırda gəlirsiz qaldığı üçün bu da kirayə bazarına təsir göstərir".

E.Azadovun sözlərinə görə, hazırda bir çox ticarət və xidmət sahələrinin fəaliyyəti dayanıb. Həmin şəxslər daha çox ticarət və xidmət sahələrində çalışdığı üçün onların gəlirləri də yoxdur.

"Bu iqtisadi böhran həmin şəxslərin gəlirlərini dayandırdığı üçün onlar əvvəlki kimi kirayə pulunu ödəyə bilməyəcək. Hətta hazırda bir çox şəxslər var ki, onlar dövlətdən dəstək gözləyir. Əmlak sahibləri isə təbii ki, pullarını tələb edəcəklər" – deyən ekspert vurğulayıb ki, ticarət sahəsində bir çox obyekt sahibləri obyektlər işləmədiyinə görə güzəştlər edirlər.

Lakin mənzillərdə kirayə qalanlarla əmlak sahibləri arasında narazılıqlar var.

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın 80%-i qeyri-rəsmi kirayə verilir: "Yəni rəsmi olduğu halda istər ticarət obyekti, istər ev sahibi dövlətə 14% vergi ödəməlidir. İnsanlar da vergi ödəməkdən yayınmaq üçün qeyri-rəsmi şəkildə evlərini kirayə verirlər. Əminliklə deyə bilərəm ki, bu rəqəm 80-90% arasında dəyişir".

Ekspertin fikrincə, kirayə bazarında qiymətlərin artımı mümkün deyil. Əksinə tədricən düşməsi gözlənilir.

Burada isə əsas iki səbəb var: "Biri pandemiya səbəbilə yaşanan böhran, digəri isə vətəndaşların bölgələrə qayıtması. Belə ki, bir çox vətəndaş yay mövsümündən istifadə edib, müxtəlif regionlara gedəcək. Tələbələr regionlara qayıdacaq. Bu səbəbdən hələ konkret bir söz demək mümkün deyil. Gözləyirik ki, karantin müddəti bitsin. Bundan sonra iqtisadi proseslərin əmlak bazarına təsiri haqqında danışmaq olar".

810
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

0
(Yenilənib 18:52 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

0
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
 Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Nazirliyin əməkdaşı koronavirusdan öldü

1
(Yenilənib 18:46 25.09.2020)
ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli məlumatarı açıqlayıb.

BAKI, 25 sentyabr — Sputnik. Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub. Bir nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O qeyd edib ki, yoluxan şəxslər xəstəxanada və ev şəraitində müalicəsini bitiriblər.

1
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?