Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb

General-polkovnik Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb - FOTO

16
(Yenilənib 17:41 09.04.2020)
"Qazax" əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib

BAKI, 9 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

  • Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb
    © State Border Service of Azerbaijan Republic
  • Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb
    © State Border Service of Azerbaijan Republic
  • Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxda sərhədçilərin döyüş fəaliyyətini yoxlayıb

"Qazax" əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqa­mətin­də zəruri göstərişlər verilib.

16
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

10
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

10
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Fəridə Əliyeva, arxiv şəkli

Rusiyalı blogerin təşəbbüsünə Azərbaycanla nəfəs alan hər kəs qoşuldu

31
(Yenilənib 16:53 20.10.2020)
Vətəndən uzaqda yaşayan Fəridə Əliyeva erməni təcavüzünə məruz qalmış həmvətənlərinə kömək etməyin yolunu tapıb.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan əsilli rusiyalı bloger Fəridə Əliyeva Gəncənin raket hücumundan zərər çəkmiş sakinləri üçün üç milyon rubldan (65 min manat) çox vəsait toplayıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, F.Əliyeva oktyabrın 17-də gecə saatlarında Ermənistan ərazisindən açılan raket atəşinə məruz qalmış Gəncə sakinlərinə yardım etmək məqsədilə "Instagram" hesabından öz həmvətənlərinə və izləyicilərinə çağırış edib.

Fəridə Əliyevanın paylaşımının skrinşotu

"Mən bütün dostlarıma və heç tanımadığım insanlara minnətdarlığımı bildirmək istəyirəm. Onlar cəmi bir neçə gün ərzində böyük məbləğdə vəsait toplamağıma kömək etdilər. Yığılan pullar Azərbaycana göndəriləcək. Bu pulu mənə ən müxtəlif ölkələrdə yaşasalar da daim Azərbaycanla nəfəs alan, Vətəndə baş verənlərə biganə qalmayan insanlar göndəriblər. Vəsaitin toplanması bu gün başa çatacaq", – deyə bloger bildirib.

İndiyə kimi üç milyon rubl vəsait topladığını deyən F.Əliyeva ümid edir ki, gün ərzində bu məbləğ bir az da artacaq.

Qeyd edək ki, Fəridə Əliyeva ən məşhur rusiyalı blogerlərin siyahısına daxildir. "Instagram"da onu 1,4 milyon nəfərdən çox insan izləyir.

31
Zəngilan rayonu, arxiv şəkli

İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan

0
(Yenilənib 16:59 20.10.2020)
Şahidlərin sözlərinə görə, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar.

BAKI, 20 oktyabr — Sputnik. Bu gün işğaldan azad edildiyi elan olunan Zəngilan rayonu 1993-cü ildə oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər tərəfindən zəbt edilmişdi.

Şahidlərin sözlərinə görə, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar.

İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımdan xilas olublar.

Ərazisi 730 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan 20 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib!

0
Əlaqədar
MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO