CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən yeni təşəbbüs "Evdə Qal, Evdə Yarat"

© AFP 2023 / Nhac NguyenПреподаватель танцев во время онлайн урока, фото из архива
Преподаватель танцев во время онлайн урока, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

BAKI, 9 aprel — Sputnik. Təhsil Nazirliyi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan müəllim, şagird, tələbələri bu aksiyaya qoşulmağa dəvət edir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Həmçinin, yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün:

Xəbər lenti
0