Rusiya istehsalı olan Su-35 qırıcı

""Su-35" "MiQ-35"in Azərbaycana tədarükü hava məkanında üstünlüyümüzü artıracaq"

123
(Yenilənib 16:04 09.04.2020)
"Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici "Su-35"də 4500 km, "MiQ-35"də isə 3500 km-dir"

BAKI, 9 aprel — Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir. HHQ-də aparılan genişmiqyaslı islahatlar Azərbaycan hərbi aviasiyasının hava məkanında, xüsusilə hava əməliyyatlarının keçirilməsi zamanı döyüş imkanları baxımından Ermənistandan üstün olmağa şərait yaradıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hazırda ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov bildirib.

Onun sözlərinə görə, "Su-35" və "MiQ-35" təyyarələrinin Azərbaycana tədarükü barədə aparılan danışıqlar, çox güman ki, yaxın zamanda ölkəmizin HHQ-nin daha da gücləndirilməsinə imkan verəcək.

"Bunu daha aydın təsəvvür etmək üçün təyyarələrin uçuş-texniki xüsusiyyətləri və döyüş imkanlarına diqqət çəkmək istərdim. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı.

Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici "Su-35"-də 4500 km, "MiQ-35"-də isə 3500 km-dir.

Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.

Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən "Su-35" təyyarəsi "hava-hava" sinfinə aid yeni "R-37M" səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir.

Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan "Su-35" təyyarəsi 12, "MiQ-35" təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir.

"Su-35" təyyarələri "hava-hava" tipli "R-73", "R-77","R-27" raketləri, "hava-yer" tipli "X-25", "X-29", "X-38" raketləri, gəmiyə qarşı "X-31", "X-35", "X-59" raketləri və "KAB-500KR", "KAB-1500KR", "MiQ-35" təyyarələri isə "hava-hava" tipli "R-73", "R-77", "R-27" raketləri, "hava-yer" tipli "X-25", "X-29", "X-38" raketləri, gəmiyə qarşı "X-31" raketləri və "KAB-500L", "KAB-500KR" bombaları ilə silahlana bilirlər. "Su-35" və "MiQ-35" qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir.

Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara Ordumuzun qoşun növləri və qisimlərini havadan dəstəkləməklə yanaşı düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək", - deyə R.Həşimov qeyd edib.

123
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

TƏBİB gənclərə xəbərdarlıq etdi

0
(Yenilənib 14:29 22.10.2020)
Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

0
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

3
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3